Qazax həkimlərinin orta əmək haqqı 450 min təngədir (təqribən 1700 manat).

TEZADLAR.AZ kursiv-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Əkmaral Əlnəzərova Milli Məclisin iclasından sonra məlumat verib.

 Nazir qeyd edib ki, orta əməkhaqqının məbləği ölkədə ən yüksək və ən aşağı maaşlar arasındakı orta qiymətlə müəyyən edilir.

 “Həkimlik fəaliyyətinə yeni başlayan  əkim təxminən 300-350 min təngə, təcrübəli həkim, kardiocərrah milyondan çox pul alır, bütün bunlar toplanır və orta qiymət alınır. Bu gün Qazaxıstanda həkimin orta maaşı, bütün bunları hesablayıb, orta hesab çıxarılsa - təqribən  450 min tenge edir”, - deyə nazir bildirib.

 Kursiv bu rəqəmi həkimlərin əvvəlki illərdəki maaşları ilə müqayisə edib və QR Səhiyyə Nazirliyinin cavablarına əsasən, orta əmək haqqının bir il əvvəlkindən az olduğu qənaətinə gəlib.

Belə ki, 2023-cü ildə həkimlərin orta aylıq əmək haqqı 519 min tenge olub. Keçmiş səhiyyə naziri Ajar Giniyatın sözlərinə görə, 2022-ci ildə bu rəqəm 420 min təngəni ötüb.

 2021-ci ildə isə bu vəzifədə olan nazirliyin rəhbəri Aleksey Tsoi daha sonra həkimlərin orta maaşının 320 min tengeyə qədər artırıldığını bildirib.

 Qeyd edək ki, 2023-cü ildə ölkəmizin səhiyyə sahəsində işləyənlərin orta aylıq əmək haqqı 790,6 manata çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Beləki dövlət sektrounda çalışan səhiyyəçilərin orta aylıq əmək haqqı 812,5 manat, özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 684 manat təşkil edib.

2024-cü ildə icbari tibbi sığorta çərçivəsində həkimlərin gəlirləri ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova KİV-ə açıqlamasında bildirib ki, hazırda tibb işçilərinin əməkhaqlarına vəzifə (tarif) maaşları, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.

“Həvəsləndirici əlavələr aylıq sabit əlavələrdən və işin nəticəsinə görə aylıq əlavələrdən (bonuslardan) ibarətdir. Aylıq sabit əlavələr 800 manat, bonuslar isə həkimin icra etdiyi tibbi prosedur və əməliyyatların sayından asılı olaraq dəyişə bilər”, - deyib.

Onun sözlərinə görə, sığortanın tətbiqindən əvvəlki dövrlə müqayisədə dövlət tibb müəssisələrində işləyən  həkim-mütəxəssislərin minimum əməkhaqlarında 3,2 dəfə, gəlirlərində (sabit əlavə və bonus) isə 5 dəfədən 50 dəfəyədək artım olub.

O vurğulayıb ki, Müayinə tibbi xidmətinin dəyəri 25 manatdır. Onun 8 faizi – 2 manat həkimə bonus verilir. Maksimum 35 xəstə qəbuluna qədər bu faiz verilir.

“Cərrahi xidmətlərin tarifləri yüksək olduqca, həkimlərə ödənilən bonusların da həcmi artmış olur. Məsələn, ürəyin korreksiya prosedurunun reviziyası əməliyyatını misal çəkək. Bu xidmətin tarifi 10 000 manatdır. Hər pasiyentə görə bu məbləğin 15%-i (1500 manat) cərrah-həkimin əməkhaqqısına əlavə edilir. Həkim ay ərzində 6 əməliyyat icra edibsə, o zaman 9000 manat bonus almış olur.

Yaxud beyin əməliyyatı ilə bağlı anevrizmanın kliplənməsi əməliyyatı xidmətinə görə tibb müəssisəsinə 5000 manat ödənilir. Bu əməliyyat üzrə tarifin 15%-i, yəni 750 manat həkimin əməkhaqqısına əlavə edilir”, - deyib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN