“Bazara belə oyuncaqlar gəlirsə, onlar qaçaqmaldır”

Qazaxıstan Respublikasının Baş nazirinin müavini - maliyyə naziri Yerulan Jamaubayev  plenar iclasda senatorların suallarını cavablandırarkən etiraf edib ki, radiasiya səviyyəsi yüksək olan uşaq oyuncaqları Qazaxıstana Avrasiya İqtisadi Birliyi (EAEU) ölkələri vasitəsilə Çindən gətirilir.

Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Yerulan Jamaubayev qeyd edib ki, əslində ölkəyə daxil olan bütün mallar gömrükdə radiasiya nəzarətindən keçir.

 “Bu, oyuncaqlara da aiddir. Əgər malların radiasiya fonu müəyyən edilmiş normadan artıq olarsa, onlar yenidən yoxlanılır, yenidən yüksək radiasiya göstərirsə, Çinə qaytarılacaq”, - deyə o, açıqlayıb.

 Lakin bununla belə, nazir etiraf edib ki, hələ də təhlükəli Çin oyuncaqlarının Qazaxıstan bazarına daxil olması halları var.

 “Bazara belə oyuncaqlar gəlirsə, onlar qaçaqmaldır. EAEU - nin beş ölkəsi ilə bizim gömrük nəzarətimiz yoxdur”, - deyə Maliyyə Nazirliyinin rəhbəri bildirib.

 O, həmçinin əlavə edib ki, son illər sərhəd nəzarəti gücləndirilib.

 “Müvafiq dövlət orqanları nəzarəti gücləndirib.  Ticarət Nazirliyinin metrologiya və standartlaşdırma komitəsi var, onlar belə nəzarəti həyata keçirir, Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət komitəsi də müvafiq nəzarəti həyata keçirir”, - deyə Jamaubayev əlavə edib.

 Qeyd edək ki, Azərbaycan bazarında da kifayət qədər Çin istehsalı olan oyuncaqlar var, hətta bir neçə il əvvəl onların 80%-nin zərərli olduğu bildirilirdi.

Belə keyfiyyətsiz oyuncaqlar ucuz qiymətə təklif edilirək kasıb alıcını şirnikləndirir...

Məlumatlara görə, Çin istehsalı olan saxta oyuncaqların tərkibinə melanin, fatalat kimi zərərli maddələr daxildir ki, bunlar sonsuzluq, onkoloji xəstəliklər yaradır. Oyuncaqlar arasında pis qoxulu, həmçinin rəngi çıxanlar da var ki, onlardan da qətiyyən uşaqlar üçün alınmamalıdır.

Elə buna görə də valideynlər hər zaman ayıq-sayıq olmalıdır.

 

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN