“Ölkədə hər gün orta hesabla 10-a yaxın yoluxma halı qeydə alınır. Xəstələrin 98%-dən çoxu sağalıb”

Bunu Qazaxıstanın səhiyyə naziri Ajar Qiniyat brifinqdə “gizli omicron”un yayılması səbəbindən ölkədə maska ​​rejiminin tətbiq oluna biləcəyi ilə bağlı sualı cavablandırarkən açıqlayıb.

Ajar Qiniyatın sözlərinə görə, bu gün bütün regionlarda koronavirusla bağlı epidemioloji vəziyyət sabitdir və ölkənin 12 bölgəsində koronavirusun növlərindən biri - "gizli omikron" aşkar edilib.

Nazir vurğulayıb ki, bu növ koronavirus infeksiyası Deltadan daha yüngüldür, ancaq təhlükəlidir.

“Çünki tez yayılır, xəstəliyin təkrarlanmasına səbəb olur. Ona görə də bu gün onun bütün ölkəyə yayıldığını görürük. Xəstəliyin monitorinqi gündəlik həyata keçirilir. “Gizli omikron” simptomları olan bütün xəstələr tam müalicə alırlar. Xəstəliyin belə gedişi ilə onun hər hansı karantin tədbirlərinə səbəb olacağını gözləmirik. Göründüyü kimi, bütün karantin tədbirləri ləğv edilib. İndi profilaktik işlər əsasən əhali arasında aparılır”, - deyə nazir bildirib.

O, eyni zamanda qeyd edib ki, “gizli omikron”a görə hazırda maska ​​rejiminin tətbiqi üçün heç bir əsas yoxdur.

Qeyd edək ki, "Gizli omikron" kimi tanınan koronavirusun omikron ştammının BA.2 alt növünün simptomları orijinal ştamın simptomlarına bənzəyir.

"Gizli omicron"un əsas fərqləndirici xüsusiyyətlərinin siyahısına yüksək hərarət, davamlı öskürək, qoxu və ya dadın itirilməsi (yaxud dəyişməsi) daxildir.

Danimarkalı tədqiqatçıların fikrincə, "gizli omikron" kimi tanınan "BA.2" ştammının yeni ştamında dəyişikliklər hüceyrələrdə iltihablı reaksiyalara səbəb olan və həmçinin virusun insan hüceyrəsi daxilində hərəkətinə cavabdehlik daşıyan ORF3a zülalında baş verir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN