Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 086 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 69 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 468, bu günə qədər isə ümumilikdə 6 921 407 test icra olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN