...Qarabağ ermənilərinin blokadaya alındıqlarını deyən erməni siyasiləri və onlara züy tutanlar niyə 30 ildir Xankəndidəki evinə dönə bilməyən Azərbaycan vətəndaşlarının 30 illik blokadasını kor gözləri ilə görüb kar qulaqları ilə eşitmək istəmirlər???
Eləcə də Laçında, Şuşada, Ağdamda, Cəbrayılda və digər işğaldan azad edilmiş ərazilərdə vaxtilə yaşamış soydaşlarımız, həmçinin Qərbi Azərbaycanda evi-mülkü olmuş 300 mindən çox soydaşlarımız 34 ildir öz yurdlarına qayıda bilmirlər. Bu mülki insanların blokadasına kim cavab verməlidir???
Əməkdar jurnalist Azər Həsrət bu mövzuda maraqlı status paylaşıb. Jurnalist yazır: «… Laçın yolundakı aksiya davam etməkdəykən biz nə etməliyik? Artıq Xankəndi qeydiyyatında olan Azərbaycanlılar bir araya toplaşmalı və bu şəhərə elə Şuşadan başlayaraq dinc yürüş etməlidir. Ermənilərin nazıyla çox oynadıq deyəsən. İndi ki, onlar olmayan yerdən hay-küy salıb dünyaya yalan təbliğat yayır, biz də Xankəndi əhalimizi hərəkətə keçirək. Onda onların özləri o Laçın yolunu bağlayacaqlar. Bizim də tələsən yerimiz olmadığı üçün aylarla davam edən aksiya keçirib Xankəndiyə dönüş tələb edərik. Xocalı əhalisi də ayrı bir tərəfdən ora yürüş etsin. Lap elə Ağdam tərəfdən…».
Bəli, siyasi və hüquqi məntiq də onu diqtə edir ki, əgər ermənilər bokadaya alınmaları barədə feyk məlumat tirajlayıb dünyanı bu yalanlara inandırmaq istəyirlərsə, niyə biz də gerçək, həqiqi faktlarımızı-Xankəndidə, Xocalıda olan evimizə qayıtmaq hüququmuzun 30 ildən çoxdur blokadaya alınmasını deməməliyik, haqqımızı tələb etməməliyik???
A.Məmmədli