Məlumatlara görə, ötən həftə müğənni Röya Ayxan Konqres Mərkəzində solo konsert verib. Konsert zamanı bir mahnını oxuyarkən əynindəki pencəyi çıxarıb bir kənara atıb. Amma bu zaman müğənniyə pıçıldayıblar ki, pencəyi yox, şalvarı çıxarmalıdır. Röya da pencəyi yenidən geyinib, şalvarını da asanca çıxarıb və yenə budlarını çöldə qoyub.
P.S. Allah Röyanın xasiyyətini kəssin. Rəhmətliyin nəvəsi, soyunmağa o qədər adətkardə olub ki, şalvarı çox asanca, yəni əsl əsgər sayağı bir neçə saniyəyə çıxardaraq, kənara atıb. Zalımın qızı doğrudan da soyunmaqda peşəkardır dəə... Amma maraqlıdır, Röyanın neçə illərdir soyunmuş, açıq-saçıq şəkilləri, videoları sosial şəbəkələri bəzəyir. Tamaşaçılar daha Röyanın bütün əzalarını yaxşı tanıyırlar və eyni şeyə dəfələrlə baxmaqdan beziblər. Bəs görəsən, Röyanın özü soyunub eyni şeyi göstərməkdən bezməyib?
***
Xəbər verilir ki, müğənni Səidə Sultan sosial şəbəkələrdə vaxtilə ailə qurmayacağını bildirsə də, hazırda sentyabrın 19-da olacaq toyuna hazırlaşır. Bir çox tanınmışları toya dəvət etməsi də verilən xəbərlərin sırasındadır.
P.S. Nə deyə bilərik? Allah xoşbəxt eləsin və ən azı bir il boşanma xəbərini eşitməyək. O da məlumdur ki, 2015-ci ildə şou proqramların birində oxuyarkən, sinəsi hoppanıb çölə çıxmışdı və Səidə xanım heç halını da pozmadan onu yenə qaytarıb yerinə salmışdı. Görünür o vaxtdan bu gözəlliyi görən hansısa bir bəy, bu gün Səidə xanımla evlənməyə qərar verib. Halal olsun, mən ölüm. Təbrik edirik, necə deyərlər, oğullu, qızlı olsunlar.
***
Müğənni Könül Kərimova İstanbulda istirahət zamanı cırıq şortikdə çəkdirdiyi şəkli sosial şəbəkədə paylaşıb. Lakin izləyicilər bunu bəyənməyərək belə yazıblar: “55 yaşlı Könül Kərimovaya belə geyim uyğun deyil”.
P.S. Belə izləyiciləri mən çay aşağı axıdım, çay yuxarı axtarım. Könül xanım nəinki 55 yaşında cırıq şortik geyə bilər? Hətta bu yaşda sizin kimi izləyiciləri döyüb hələ o tərəfə də keçər.
***
Bu günlərdə Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının komandanı dəyişdi. General-polkovnik Aleksandr Lentsov getdi, general-mayor Kiril Kulakov gəldi.
P.S. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Ona görə də sülhməramlıların komandanı dəyişsə də, rusların ermənilərə olan sevgisi dəyişmir ki dəyişmir.
***
Azərbaycan-Türkiyə-Pakistan birliyinə qarşı Rusiya-İran-Hindistan birliyi ortaya çıxmağa hazırlaşır.
P.S. Rusiya ilə İranı başa düşdük. Bunlar ömrü boyu bizə də, türkə də qarşı düşmən olublar. Bəs bu Hindistan niyə yuyulmamış çömçə kimi soxulub ortalığa? Heyf, uşaqlıqdan dünənə qədər hind filmlərinə və Hindistana olan sevgimizə. İndi məlum olur ki, sevgi və məhəbbətlə yanaşdığımız Hindistanın sevgilisi Ermənistan imiş. Nöşün ki, ermənilər Hindistan qaraçılarıdır və bu səbəbdən hindlilər öz qardaşlarını unutmurlar Amma necə deyərlər, ilanın ağına da lənət, qarasına da.
***
Verilən məlumatdan aydın olur ki, birinci Qarabağ döyüşündə şəhid olmuş Mübariz İsmayılovun xanımı, Gəncə şəhər sakini Minayə İsmayılovaya, şəhid ailəsi kimi verilən pensiya dayandırılıb. Minayə xanım ona ömürlük təyin edilmiş pensiyanın nə səbəbdən dayandırıldığını bilmədiyini deyib.
P.S. Hörmətli Minayə xanım, bunu bilməyə nə var ki? Yəqin elə yerliniz Nizami Gəncəvinin “Nuşirəvan və bayquşların söhbəti” poemasından bayquşların söhbətini xatırlayırsınız. Deməli, bir bayquş o birinə deyir ki, qızına cehiz olaraq xeyli xarabalıq hədiyyə edib. İkinci bayquş deyir ki, bəs mən qızıma verməyə xarabalığı haradan tapacağam? Birinci bayquş belə cavab verir: “Nə qədər ki, Nuşirəvan kimi şahımız var, belə xarabalıqlar hələ çox olacaq”. İndi ay Minayə xanım, nə qədər ki, şəhid ailələrinə, qazilərə və digər pensiyaçılara qənim kəsilmişlər var, sənin kimi pensiyası kəsilib ağlar qalan şəhid ailələri, qazilər hələ çox olacaq.
***
Qəzetlərin birində Müdafiə Nazirliyinin sabiq qərargah rəisi Nəcməddin Sadıkovdan bəhs edən yazıya belə başlıq qoyulub: “Nəcməddin Sadıkovun həbsinə hazırlıq gedir”.
P.S. Bir çox cinayət işlərində, xüsusilə general Polad Həşimovun öldürülməsində və “Tərtər işi”ndə adı hallanan Nəcməddin Sadıkov görəsən nə böyük fiqurdur ki, hələ də həbs olunmayıb? Amma adamın başının üstündə Allah var, həbsinə hazırlıq gedir. N.Sadıkov isə gah Dubayda dənizdə çimir, gah da Bakıda rahat gəzərək, öz kefindədir. Belə yerdə deyiblər e, arxalı köpək qurd basar. Görünür, N.Sadıkovun arxasında dayanan rus ləngər vursa da, hələ yıxılmayıb...
***
Məlumatlara görə, V.Putin nəinki xaricə getməkdən, hətta Rusiya daxilində belə hərəkət etməkdən çəkinir.
P.S. Daha doğrusu, Putinin vəziyyəti, deyəsən, “ruscadır”...
***
Ermənistanın göndərdiyi 22 ədəd humanitar yük olan TIR-ların Laçın keçid məntəqəsindən buraxılmadığını görən ermənilərin böyük bacısı Fransa bərk əl-ayağa düşüb. Belə ki, Parisin meri Anna Hidalqo kiçik bacısı ermənilərin əlindən tutaraq özlərinin yığdığı humanitar yük dolu karvanla sərhədlərimizə qədər gəlib ki, gedək səni qapazaltı etmiş Azərbaycanın dərsini verim. Sərhədçilərimiz isə bu erməni əsilli Paris meri Annanın elə kiçik bacısının yanındaca ağzından vuraraq geri qaytarıblar.
P.S. Bu hadisə 7-ci və 8-ci sinifdə oxuyarkən olmuş bir əhvalatı yadıma saldı. Atası anasını əyri yola düşdüyü üçün atıb getmiş sinif yoldaşımız olan bir qız bir yersiz sözüylə məni hirsləndirdi. Mən də o vaxt çox dəcəl və dalaşqan olduğumdan dərhal qıza bir sillə vurdum və o, ağlaya-ağlaya gedib, qəsəbədə yaxşı ad çıxarmayan anasını sinifə gətirdi. Anası sinifə girən kimi “hanı o, köpək oğlu” - deyib qışqırdı. Sonra iki barmağını cütləyib “indi sənin gözlərini deşərəm” - deyib üstümə gəldi. Az qala barmaqlarını gözümə soxacaqdı. Son anda sol əlimlə qadının əlini yana itələyib, sağ əlimlə buna bərk bir sillə vurdum. Qadın belə sonluğu gözləmədiyindən dərhal direktorun yanına qaçdı. Sonra danlaq, valideyn çağırışı və sair. Hadisə beləcə ötüşdü. İndi Parisin bu erməni əsilli meri Anna da Azərbaycan sərhəddi bağlamaqla Qarabağ ermənilərinə babat sillə vurduğunu görüb, istəyirdi böyük bacı kimi qürrələnib bizim məktəbdəki o qadın sayağı üstümüzə gəlsin. Sərhədçilərimiz də, mən o qadına vurduğum sillə kimi, bu erməni axçisi Annanın gətirdiklərini qoltuğuna verib geri qaytarmaqla, sanki qulağının dibinə elə sillə vurdu ki, səsi Fransada hələ də eşidilir və müzakirə edilir. Di qalın yana-yana.
***
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov estrada və yüngül musiqi ifaçılarının çoxunun sənətinin olmadığını bildirərkən bir sayta belə deyib: “Onların çoxu efirə sənət yox, oralarını-buralarını göstərmək üçün çıxırlar. Baxırsan, xanım ifaçı elə geyinib ki, sinəsi az qala ekrandan adamın gözünə girsin.
P.S. Hörmətli Əbdül bəy, o ekrandan gözə girən adi sinələr deyil e... O sinələr ad-sandır, mükafatdır, var-dövlətdir, bahalı villa, maşındır və sair. Səs və sənətlərinin olmadığını özləri də yaxşı bilir. Amma ağıldan boş məmurlar, iş adamları, yəni sponsorların hesabına onların sinələri də, var-dövlətləri də getdikcə böyüyür. O sinə və bədənlərinin hesabına mədəniyyətimizi öldürüb, bədəniyyəti inkişaf etdirirlər. Bu yerdə şair Səhlədar Hidayətoğlunun “Müğənni qız” şeirindən üç bəndi yazsaq yerinə düşər:
“Səhnədə kəşfindir bu açıq baldır,
Göstərib salonu xəyala daldır.
Üzə dur, özünə zorla əl çaldır,
Göndər çoxlu-çoxlu maç, müğənni qız.
Hanı o zövqlər indi sən deyən,
Varmı sənlə coşan, sənlə inləyən.
Görsən ki, səsini yoxdur dinləyən,
Sinəni bir az da aç, müğənni qız.
Nələrdi yoluna səpilən sənin,
Nələrdi gözünə təpilən səni,
Kimdir sənətinə tüpürən sənin,
Sən ver bədənindən bac, müğənni qız”.
ELÇİN
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.