Biz dövlət səviyyəsində dövlət terroru, ən yaxşı halda, psixoloji terrorla üz-üzəyik.

TEZADLAR.AZ AzərTac-a istinadən xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Larisa Alaverdyan Yerevanda keçirilən “Ermənistan Respublikasında siyasi və hüquqi çağırışlar” mövzusundakı konfransdakı çıxışında deyib.

Son günlər Ermənistanda intensivləşən siyasi motivli həbsləri xatırladan hüquq müdafiəçisi baş verənləri belə təqdim edib: “Hazırda ölkəmizdə baş verən hadisələr yalnız insan hüquqlarının pozulması deyil, o hüquqlarla tamamilə zidd olan siyasətin adiləşməsidir”.

Alaverdyan qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanda baş verən pozuntulara göz yummamalı, lazımi reaksiya verməlidir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN