ABŞ Marşal Xidməti kiberhücuma məruz qalıb.

Tezadlar.az xəbər verir ki, bu barədə bazar ertəsi NBC televiziya şirkəti ABŞ Ədliyyə Nazirliyinin strukturuna daxil olan bölmənin nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hadisə fevralın 17-də baş verib. Kiberhücum xidmətin sistemlərindən birinə təsir edib.

NBC bildirib ki, ABŞ səlahiyyətliləri hücumu "böyük insident" kimi qiymətləndirirlər.

Əməkdaşları məhkəmə icraçısı kimi fəaliyyət göstərən xidmətin nümayəndəsi izah edib ki, kibercinayətkarlar “vacib məlumatlara”, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları, istintaqa cəlb olunmuş şəxslər və üçüncü şəxslər haqqında məlumatlar əldə edə bilərlər. O bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

k.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN