Bu gün Avropa Parlamenti Avropa Komissiyası və Aİ Şurasının ardınca "TikTok" sosial şəbəkəsinin biznes cihazlarında istifadəsini qadağan edib və Avropa Parlamentinin deputatlarına proqramı telefonlarından silməyi tövsiyə edib.

Bu barədə  Politico xəbər yayıb.

Avropa Parlamentinin sədri Roberta Metsola və baş katib Alessandro Kiokketti elektron məktubda institutun 8 minə yaxın əməkdaşına martın 20-dək TikTok-u korporativ cihazlardan silməli olduqlarını bildiriblər.

“TikTok sosial media platformasından istifadə ilə əlaqədar olaraq kibertəhlükəsizlik, xüsusən də məlumatların mühafizəsi və üçüncü tərəflər tərəfindən məlumatların toplanması ilə bağlı narahatlıqlar yaranıb”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, Avropa Parlamentinin deputatları, onların işçiləri və köməkçiləri "TikTok"u şəxsi cihazlarından silmək üçün "qəti təşviq olunur".

Xatırladaq ki, ötən həftə Avropa Komissiyası, ondan sonra isə Aİ Şurası öz işçilərinə təhlükəsizlik səbəbi ilə Çin sosial şəbəkəsi olan "TikTok"dan istifadə etməyi qadağan edib.

Həmçinin  ABŞ- da hökumət qurumlarına Çinin “TikTok” video paylaşma proqramının rəsmi telefonlarda istifadəsinə qadağa tətbiq etmək üçün 30 gün vaxt verilib. 

 OMB Federal İnformasiya Təhlükəsizliyi idarəsinin rəhbəri Kris DeRuşa 30 gün ərzində həyata keçirilməli olan direktivin rəqəmsal infrastrukturun təhlükəsizliyini təmin etmək və ABŞ xalqının əminliyi və məxfiliyini qorumaq məqsədi daşıdığını bildirib.

 “ByteDance” şirkəti isə iddiaları "yalan məlumat" adlandırır və istifadəçi məlumatlarını Çin Kommunist Partiyası ilə paylaşma fikrini rədd edir.

***

Belə görünür ki, "Tik-tok" hamının baş bəlasına çevrilib...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN