Robota ad da verilib.
Taraz şəhər 7 saylı orta məktəbin 9-cu sinif şagirdi yanğın zamanı insanları xilas etməyə kömək edən robot ixtira edib.
Bu barədə Qazaxıstan Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Vyaçeslav Kuzminin Texniki Yaradıcılıq Mərkəzində robototexnika dərnəyində iştirak etdiyi bildirilir. Gənc ixtiraçı öz layihəsini Aynur Suranşiyevanın rəhbərliyi altında həyata keçirib. Robota ad da verilib – “Temir -Batır”. Bu, qazax dilindən tərcümədə “dəmir qəhrəman” mənasını verir.
“Temir-Batır” yanğın zamanı alovu söndürür və qatı tüstü içində qalan adamı axtarır.
Məktəblinin sözlərinə görə, robot maneələri dəf etmək üçün rıçaqlar və kamera ilə təchiz olunub.
“Onu uzaqdan idarə etmək, kamera vasitəsilə yanğın yerini görmək, ultrasəs cihazı ilə yanğının harada baş verdiyini, orada insanların olub-olmadığını müəyyən etmək mümkündür. Robotun içərisində iki çən quraşdırılıb. Vəziyyətdən asılı olaraq, onlar köpük və ya su ilə doldurulur. Mayeni 5 metrə qədər məsafədə səpə bilərsiniz", - o, deyib.
İxtiraçı “Temir-Batır”ı Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin Jambil vilayəti üzrə mütəxəssislərinə təqdim etməyə hazırlaşır. Məktəbli ixtirasını patentləşdirmək və robotu daha da təkmilləşdirməyi düşünür.
JASMIN