"Apple İndeksi": iPhone 14-ün ən baha və ən ucuz satıldığı ökələr
Globalproductprices-in 128 GB yaddaşa malik iPhone 14-ün qiyməti ilə bağlı qlobal reytinqində Azərbaycan bu smartfonu almaq üçün ən "bahalı" ölkələr sırasında olub və 74 ölkə arasında 6-cı yeri tutub – 1376 dollar (təqribən 2338.52 AZN).
Azərbaycan MDB ölkələri arasında da bu mənada liderlik edib...
Ən bahalı iPhone 14-ün qiyməti Nigeriya, Türkiyə və Braziliyadadır: müvafiq olaraq 1,7 min, 1,6 min və 1,5 min ABŞ dolları. “Ən ucuz” ölkələr isə ABŞ (799 dollar), Kanada (807 dollar) və Makao (854 dollar) olub.
Bununla belə, belə bir flaqmanın qiymətinin əhalinin qazancı ilə necə əlaqəli olması daha vacibdir.
Məsələn, iPhone 14-ün (əvvəlki reytinqə görə) dünyada ən bahalı olduğu Nigeriyada vətəndaşlar bunun üçün illik maaşlarının üçdə ikisindən çoxunu (69,1%) ödəməli olacaqlar. Eyni zamanda, smartfonun ən aşağı qiymətinin müəyyən edildiyi ABŞ vətəndaşları üçün (799 dollar) bu, illik əmək haqqının cəmi 1,8%-nə başa gələcək, yəni “su qiymətinə”...
Bəli, bir çoxunun lovğalanmaq, bir çoxunun "qonşudan geri qalma"maq xatirinə borca-xərcə düşüb, aylıq kredit faizləri ödəyərək aldığı bu telefonlar ölkəmizdə ən yüksək maaşlı ölkələrdən belə baha qiymətə satılır. Çünki satanlar bilir ki, qiymətlərin baha olmasından asılı olmayaraq, malları alınacaq...
JASMİN