Ukrayna 2022-ci ildə dünyanın üçüncü ən böyük silah idxalçısı oldu.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silah transferlərinə dair hesabatına görə, 24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi ABŞ və Avropadan Kiyevə əhəmiyyətli hərbi yardım axınına səbəb olub.
Bu, Ukraynanı 2022-ci ildə dünyanın üçüncü ən böyük silah idxalçısı edib.
Qeyd edək ki, Ukrayna 1991-ci ildə Sovet İttifaqının dağılması zamanı müstəqilliyini əldə edib və 2021-ci ilin sonuna qədər bir çox əsas silahları idxal edib. Lakin 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə bu vəziyyəti xeyli dəyişib.
SIPRI Silah Transferləri Proqramının baş elmi işçisi Pieter Vezeman qeyd edib ki, keçən il qlobal silah transferində azalma müşahidə edilsə də, Rusiya Ukraynanı işğal etdikdən sonra Avropa ölkələri daha çox və daha sürətli silah idxal etmək istəyiblər.
SIPRI silah ixracında uzun müddətdir ABŞ və Rusiyanın üstünlük təşkil etdiyini və bu iki ölkənin son üç onilliyin ən böyük iki silah ixracatçısı olduğunu açıqlayıb.
SIPRI-nin məlumatları göstərir ki, ABŞ-ın silah ixracı 2013-2017 və 2018-2022-ci illər arasında 14 faiz artıb və Vaşinqton 2018-2022-ci illərdə qlobal silah ixracının 40 faizini təşkil edib.
Bu iki dövr arasında Rusiyanın silah ixracı 31 faiz azaldığı halda, dünya silah ixracındakı payı 22 faizdən 16 faizə düşüb.
Fransanın payı isə 7,1 faizdən 11 faizə yüksəlib.