DEPUTAT HESABATDAKI QRAMMATİK SƏHVLƏRƏ GÖRƏ TƏHSİL NAZİRİNƏ İRAD BİLDİRİB:”... BELƏ SÖZ VARMI?"
Qırğızıstanda deputat Mederbek Əliyev (“İşenim”) məktəbəqədər və məktəb təhsili sahəsindəki vəziyyətlə bağlı hesabatda səhvlərə yol verildiyinə görə təhsil və elm naziri Doqdurkul Kendirbayevaya irad bildirib.