Türkiyə otellərinin banklara 10 milyard dollar borcu var. Bu, otel və qonaqlar üçün yaşayış yerlərinin çatışmazlığı ilə nəticələnə bilər.
Tezadlar.az xəbər verir ki, bu barədə “Cumhuriyet” nəşri məlumat yayıb.
Qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Statistika Təşkilatının məlumatına görə, 2023-cü ildə rekord qırılıb - Türkiyəyə 56 milyon turist gəlib. Bununla belə, turizm sektorunun nümayəndələri pandemiyadan sonra mehmanxana borclarının 10 milyard dollara yaxınlaşdığını, loyallıq müqavilələrinin sona çatması səbəbindən otellərin bankların mülkiyyətinə keçmə riskinin artdığını iddia edirlər.
"Ölkədə 56 milyon turisti qəbul etmək üçün kifayət qədər yer yoxdur. Bu il 60 milyon turist hədəfi də arzu olaraq qalır", - nəşr yazır.
E.ŞİRİNOV