Martın 26-da Bakıda və Abşeron yarımadasında gündüz qısa müddətə cənub-qərb küləyinin axşam şimal-qərb küləyi ilə əvəzlənəcəyi, küləyin maksimal sürətinin arabir 15-20 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Bu barədə Tezadlar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 26-sı gündüz Qərb rayonlarından başlayaraq 27-si səhərədək Azərbaycanın regionlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Gəncə-Qazax, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, martın 26-sı gündüzdən 27-si gündüzədək arabir 23-28 metrədək, ayrı-ayrı yerlərdə arabir 32-37 metrədək güclənəcəyi proqnozlaşdırılır.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN