Gürcüstanın son illər, turizm sahəsində böyük nailiyyətlər əldə etdiyi danılmaz faktdır.

Ölkə turist axınını cəlb etməyin yolunu tapıb: əlbəttə, bura xidmətlərin münasib qiyməti, hər cibə uyğun qonaqlama, ev otelçiliyi və s. daxildir.

Lakin Gürcüstanda 300-dək kurort, kurort yerləri var ki, onlar işlək vəziyyətdə deyil.

Bu barədə ölkənin baş naziri məlumat verib.

İrakli Qaribaşvili bildirib ki, Gürcüstan hakimiyyəti fəaliyyət göstərməyən kurortları, o cümlədən balneoloji kurortları satacaq.

Onun sözlərinə görə, ölkə rəhbərliyi yüzdən çox iqlim və balneoloji kurortların hazırkı vəziyyətini öyrənib və onların inkişaf potensialını hazırlayıb.

"Ümumiyyətlə, Gürcüstanda 300-ə yaxın iqlim, balneoloji kurort və kurort yerləri var ki, onların da əksəriyyəti sadəcə olaraq fəaliyyət göstərmir. Bu, böyük potensialdır. Biz bu kurortları, o cümlədən balneoloji kurortları satışa çıxarmalıyıq", - deyə bildirib.

O, qeyd edib ki, yaxın gələcəkdə kurortların inkişafının daha ətraflı təqdimatı, həmçinin ən populyar məkanların - Borjomi, Bakuriani, Kazbeqi, Mestia, Tskaltubo, Batumi, Kutaisi, Mtsxetanın bərpası planlaşdırılır.

Baş nazir "Biz Manqlisi, Sioni və Omalo istiqamətində də çox maraqlı layihələr həyata keçirməyi planlaşdırırıq" bildirib və bunun üçün büdcədən azı 200 milyon lari nəzərdə tutulduğunu da açıqlayıb.

Xatırladaq ki, 2022-ci ilin sentyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə Gürcüstanın beynəlxalq səyahətlərdən əldə etdiyi gəlir 132,1% artıb.  Bu barədə Gürcüstan Dövlət Statistika Departamenti məlumat yayıb.

Statistik məlumatda qeyd edilib ki, təkcə sentyabr ayında xarici səyahətçilərdən əldə olunan gəlir 375,6 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə isə bu rəqəm 161,9 milyon dollar təşkil edib.

Bu ölkədə daha çox Rusiya vətəndaşları pul xərcləyib. Belə ki, RF 95,5 milyon dollarla siyahıya liderlik edir. Daha sonra Türkiyə və Ukrayna ilk üçlükdə yer alıb.Azərbaycan vətəndaları da 10,3 milyon dollar xərcləyib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN