"Sabancı" Holdinq İdarə Heyətinin sədri Gülər Sabancı "Dünyanın 100 ən güclü qadını" siyahısına yer alan yeganə türkiyəli iş qadını olub.
Dünyanın ən nüfuzlu iş dünyası jurnallarından biri olan "Forbes"in hər il hazırladığı dünyanın 100 ən güclü qadını siyahısına daxil edilən yeganə türk iş qadını Sabancı siyahıda 81-ci yerdə qərarlaşıb.
TRT-nin məlumatına görə, siyahının başında Avropa Komissiyasının sədri Ursula fon der Leyen, ikinci yerdə Avropa Mərkəzi Bankının sədri Kristin Laqard, üçüncü yerdə isə ABŞ-ın vitse-prezidenti Kamala Harris yer alıb.
Jurnalın saytında yer alan açıqlamada Gülər Sabancının Sabancı Fondu və Sabancı Universitetinin Qəyyumlar Şurasının sədri olduğu və Avropa Sənaye Dəyirmi Masasının (ERT) ilk qadın üzvü və "MIT Energy Initiative"nin Xarici Məsləhət Şurasının üzvü olduğu da xatırladılıb.
TEZADLAR.AZ