Vaşinqton Suriyaya qarşı sanksiyaları dondurub.

Ötən gün ABŞ zəlzələ nəticəsində ölkədə yaranmış ağır humanitar vəziyyətə görə Dəməşqə qarşı sanksiyaları altı ay müddətinə dayandırmaq qərarına gəlib.

Ümumdünya Səhiyyə Təşkilatı da Vaşinqtonun zəlzələdən sonra Suriyada humanitar vəziyyəti yüngülləşdirmək üçün atdığı addımları alqışlayıb.

Bu barədə ÜST-nin baş direktoru Dəməşqdə keçirilən mətbuat konfransındakı çıxışı zamanı bildirib.

Tedros Adanom Qebreyesusun sözlərinə görə, təşkilat həmçinin Suriya hökumətinin BMT-nin transsərhəd daşımalara razılıq verməsi və bu cür çıxışın artırılması üçün tədbirlər həyata keçirməsini də alqışlayır. ÜST rəhbəri davamlı konstruktiv əməkdaşlığa ümid etdiyini vurğulayıb.

Qebreyesus həmçinin bildirib ki, bazar günü o, Suriya prezidenti ilə görüş keçirib və bu görüş zamanı Bəşər Əsəd fövqəladə vəziyyətdə yeni sərhəd keçid məntəqələrinin açılması imkanını müzakirə etməyə hazır olduğunu da bildirib.

***

Xatırladaq ki, bir müddət əvvəl BMT-nin baş katibi Antonio Quterreş də Suriya ilə bağlı dünyaya çağırış etmişdi.

O, diqqətə çatdırmışdı ki, sanksiyalar zəlzələdən zərər çəkmiş Suriya xalqına humanitar yardımın göstərilməsinə mane olmamalıdır.

Həmçinin ötən həftə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova da qərbi tənqid etmiş və zəlzələ baş vermiş ölkəyə sanksiya tətbiqinin aradan qaldırılmamasını insan əxlaqına zidd olduğunu vurğulamışdı.

““Mövcud şəraitdə Suriyaya qarşı tətbiq edilən qeyri-qanuni birtərəfli sanksiyalar qalmaqdadır və bu, yumşaq desək, zəlzələnin nəticələrinin aradan qaldırılması, digər dövlətlər və qeyri-hökumət təşkilatları tərəfindən suriyalılara yardım göstərilməsi prosesini çətinləşdirir. Bu, birbaşa insanların təkcə iztirablarına deyil, həm də qurbanlarına gətirib çıxarır və Suriyada baş verən faciənin miqyasını nəzərə alsaq, Qərb dövlətlərinin bu cür davranışı insan əxlaqı normalarına ziddir və buna haqq qazandırmaq olmaz. Bu, sadəcə qeyri-insani məntiqdir”, - deyə Zaxarova bildirmişdi.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN