Amsterdam Rayon Məhkəməsi Anatol və Qabriel Statinin işi üzrə “Samruk-Kazına”nın lehinə qərar çıxarıb.
“Amsterdam Rayon Məhkəməsi iş adamları Anatol və Qabriel Stati və onların şirkətlərinin “Samruk-Kazına”a qarşı iddialarının qəbuledilməz olduğuna dair qərar verib. Məhkəmə Statiyə “Samruk-Kazına” və Qazaxıstan Respublikasının çəkdiyi məhkəmə xərclərini ödəməyi tapşırıb”, - deyə holdinqin mətbuat xidməti açıqlayıb.
Qeyd olunur ki, Stati “Samruk-Kazına”nın əslində Qazaxıstanın bir hissəsi olduğunu və buna görə də respublikaya qarşı arbitraj qərarı ilə irəli sürülən iddialara görə məsuliyyət daşıdığını iddia etdiyi məhkəmə prosesi zamanı belə bir qərar qəbul edilib.
Mətbuat xidməti qeyd edib ki, bu, Hollandiyada “Stati işi” üzrə “Samruk-Kazına” və Qazaxıstan Respublikasının xeyrinə çıxarılmış ilk məhkəmə qərarı deyil.
Belə ki, iyunun 14-də Haaqa Apellyasiya Məhkəməsi “Samruk-Kazına” şirkətinin KMG Kashagan B.V.-dəki səhmlərinin icradan suveren immunitetə malik olması barədə qərar çıxararaq, “Samruk-Kazına”nın əmlakına həbs qoyulmasının qanunsuzluğunu və etibarsızlığını təsdiqləyib.
Nəticədə 2017-ci ildə Stati iddiası ilə bağlı qeyri-qanuni həbs qətimkan tədbiri ləğv edilib. Fondun müstəqil mülkiyyət baxımından qanuni hüquqları əvvəllər heç bir məhdudiyyət qoyulmadan bərpa edilmişdir.
Beləliklə, yanvarın 9-da Amsterdam Rayon Məhkəməsi Stati-nin arbitrajda prosedur saxtakarlığına yol verdiyini bildirərək, Hollandiyanın dövlət siyasətinin pozulması olduğunu bəyan etmiş və Statinin qərarın tanınması və icrası ilə bağlı tələbini rədd edib.
Qeyd edək ki, bundan əvvəl Lüksemburq Apellyasiya Məhkəməsi, İngiltərə Ali Məhkəməsi, Niderlandın Ali Məhkəməsi və Amsterdam Rayon Məhkəməsi də Qazaxıstanın xeyrinə qərar çıxarmışdı.
Bu dəfə isə Stati iddiası birdəfəlik həll olundu, həm də Qazaxıstanın -“Samruk-Kazına”nın lehinə. Hansı ki, uzun illərdir şirkət haqsız olaraq məhkəmə çəkişmələrinə cəlb edilirdi.
Y.MƏMMƏDLİ