Türkiyədə baş verən zəlzələlərdən sonra minlərlə binanın yerlə-yeksan olması, yaxud zədə alması tikinti sektorunda çalışan bir çox məsul şəxsin məsuliyyətsizliyini ortaya çıxardı.

Hansı ki, bu məsuliyyətsizlik 10 minlərlə vətəndaşın həyatını əlindən aldı, ölkə iqtisadiyyatına milyardlarla dollar ziyan vurdu, insanların illərlə zəhmət çəkib qurub-yaratdığı, sahib olduğu malını-mülkünü bir andaca toz dumanına çevirdi...

Və daha sonra ölkədə həmin keyfiyyətsiz binaların tikilməsinə cavabdehlik daşıyan tikinti şirkətlərinin rəhbərlərinin saxlanılması xəbəri yayıldı.

...Beləliklə, zəlzələnin miqyası böyük olan ağır nəticəsi insanlarda bir çox tikinti şirkətlərinə və onların tikdiyi binaların təhlükəsizliyinə inamsızlıq yaratdı.

Budur, qonşu rusiyalı vəkil İqor Trunov Rusiya ərazisində Türkiyə şirkətləri tərəfindən tikilən binaların yoxlanılmasını istəyir.

 İqor Trunov Türkiyənin tikinti şirkətlərinin işini yoxlamaq xahişi ilə Rusiya Baş Prokurorluğuna müraciət edib.

O, bu barədə TASS-a bildirib.

Vəkilin sözlərinə görə, o, 2004-cü ildə “Transvaal park”da baş vermiş faciədə yaralananların və həlak olanların yaxınlarının nümayəndəsi və rusiyalı olaraq çıxış edir.

Trunov hazırda tikilən və ya Türkiyə şirkətləri tərəfindən tikilmiş obyektlərin keyfiyyətini yoxlamağı xahiş edir.

Onun tələblərindən biri də Türkiyə və Rusiyada ruslara dəymiş ziyanın ödənilməsi üçün cinayət işlərinin açılması, o cümlədən türk şirkətlərinin əmlak və aktivlərinə həbs qoyulmasıdır.

Vəkil qeyd edib ki, hazırda Rusiyada zəlzələ nəticəsində dağılmış ərazilərdə obyekt tikmiş 13 şirkət fəaliyyət göstərir.

İqor Trunovun bu xahişinin Rusiyanın Baş Prokurorluğunda nəzərə alınıb-alınmayacağı isə hələ məlum deyil...

Yəqin ki, zəlzələ zonasında binaların dağılması səbəbindən Türkiyə tikinti şirkətlərinə qarşı xüsusi qaralama kampaniyası aparılmaz...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN