2023/2024-cü tədris ilindən Özbəkistanın bütün məktəblərində ibtidai sinif şagirdləri üçün pulsuz yemək tətbiq olunacaq.

 Bu, Prezident Şavkat Mirziyoyevin 2022-2026-cı illər üçün Yeni Özbəkistanın inkişaf strategiyasının “İnsana qayğı və keyfiyyətli təhsil ili”ndə həyata keçirilməsi üzrə Dövlət Proqramını təsdiq edən fərmanında nəzərdə tutulub.

 Sərəncamda şagirdlərin yaşına və sağlamlıq vəziyyətinə uyğun olaraq normallaşdırılmış, habelə sanitar tələblərə cavab verən ərzaq məhsulları ilə təchizatını təmin etmək tapşırılıb.

Özbəkistan Prezidenti ötən ilin sonunda ibtidai sinif şagirdləri üçün pulsuz yemək tətbiq etməyi planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, bu məqsədlər üçün 2,3 trilyon sum vəsait ayrılacaq.

Xatırladaq ki, artıq 2022-ci ilin fevral ayından etibarən Qazaxıstanın Qaraqalpaqıstan və Xorəzm vilayətində 250 min ibtidai sinif şagirdi dövlət büdcəsi hesabına pulsuz yeməklə təmin olunmağa başlayıb.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN