...Yay gəldi... Azərbaycanın xaricə çıxışı olan quru yolları bağlı olduğundan təbii ki, əhalimizin böyük bir qismi daxili turizmə könül verməyə məcburdur...

Azərbaycanın isə gəzməli-görməli təbiəti və tarixi abidələri çoxdur. Yamyaşıl meşələr, başı qarlı dağlar, sərin bulaqlar, göy çəmənlər... Ötən bayram günlərində əməkdaşlarımızın müşahidələri isə göstərdi ki, milli sərvətimiz olan bu gözəlliklərə hələ də hara gəldi atılmış araq butulkası, pampers, zir-zibil, çirkli alt paltarı... təxəyyülü ilə baxanlar var... Fotokameramızın yaddaşına Pirqulu-Dəmirçi yolunda gördüyümüz acı mənzərələrdən bəzi kadrları daxil etdik. Təbiətin bəxş etdiyi ecazkar gözəlliklərə nədən bu qədər düşmən kəsilənik? Təsəvvür edin, bulaqlardan süzülüb gələn dağ çayının kənarına maşınla tikinti tullantıları, yol kənarına araq butulkası, müxtəlif sərinləşdirici içkilərin dəmir qablarını, uşaq vı böyüklərin çirkli paltarını... atıb gedənlər var. 

Təbii ki, belələrinə ən ağır cəzanı təbiət özü verir... Amma belə hallarla rastlaşanda bu təbiət düşmənlərinə kimliyini başa salmaq, belə əməllərdən çəkinməyi anlatmaq, izah etmək çox vacibdir. Bakıdan bölgələrimizə uzanan yolların kənarında piyada halda sürücü və sərnişinlərin yol kənarına atdığl zir-zibil dolu sellofan kisələri yığan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarını gördükcə ürəyimiz niyə də ağrımasın... 

Çox təəssüflər!

A.Məmmədli

bd41d738-210e-4034-a8d5-28015ff6818a
eba52956-fe3f-4568-97bc-430299de7eea

ec6a748e-3203-4520-bdab-1ad0a74cdd0f

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN