Kanadada təyyarənin qanadı uçuş-enmə zolağına çırpıldıqdan sonra yanıb.
Tezadlar.az xəbər verir ki, hadisə yerindən kadrları “Shot” Telegram kanalı yayıb.
“Air Canada” təyyarəsi Halifaxda məcburi eniş edib. Təyyarə uçuş-enmə zolağından aşağı sürüşdükdən sonra alovlanıb.
İlkin məlumata görə, hadisəyə səbəb şassi ilə bağlı problem olub. Xəsarət alan olmayıb, insanlar vaxtında təxliyə edilib.
Xəbər verdiyimiz kimi, bundan əvvəl Cənubi Koreyanın Muan hava limanında təyyarə eniş zamanı uçuş-enmə zolağında hasara çırpılıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla ümumilikdə 181 nəfər olub. Son məlumatlara görə, təyyarə qəzasında ölənlərin sayı 120 nəfər olub.
E.ŞİRİNOV