Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən görüşdə Çin lideri Si Cinpininə Rusiya Federasiyasının Ukraynaya qarşı ən azı 5 il döyüşəcəyini bildirib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Nikkei Asia məlumat yayıb.
İddiaya görə, bu barədə o, mart ayında Moskvada çinli həmkarı ilə görüşü zamanı bildirib.
Nikkei Asia-nın məlumatına görə, Putin sonda Rusiyanın qalib gələcəyinə əmin olduğunu bildirib.
Nəşr qeyd edir ki, Putinin “beş illik müharibə” haqqında sözlərindən sonra Çin strategiyasına yenidən baxıb. Rusiyanın Ukraynaya qarşı uzun sürən müharibəsi Si Cinpinin ÇXR lideri kimi üçüncü müddətində ambisiyalarına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Söhbət xüsusilə Tayvanın ilhaqından gedir.
Nəşrin fikirincə, bundan öncə atəşkəslə bağlı Putinin mesajları və Rusiya Federasiyasının danışıqlara hazır olma siqnalları heç də ciddi qəbul edilməməlidir.
Məqalədə deyilir: “Putin, sadəcə olaraq, mart ayında Rusiyada keçiriləcək prezident seçkiləri ərəfəsində atəşkəs və hətta sülhə doğru getdiyi illüziyası yaratmaq istəyə bilər, belə bir atmosferin səsvermə zamanı onun xeyrinə olacağına inanır”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin 2022-ci ilin fevralında Təhlükəsizlik Şurasının növbədənkənar geniş iclasından sonra Rusiya Federasiyası vətəndaşlarına müraciət edərək, “LXR” və “DXR”-ın suverenliyinin dərhal tanınması barədə qərar qəbul etməyi zəruri hesab etdiyini söylədi. Müraciətdən dərhal sonra prezident Putin Kremldə qondarma "Donetsk Xalq Respublikası" (DXR) və "Luqansk Xalq Respublikası"nı (“LXR”) tanıyan fərmanlar imzaladı. Fevralın 24-dən isə Rusiya Silahlı Qüvvələri Ukraynada “xüsusi hərbi əməliyyat”lara start verib.
2 aydan sonra həmin əməliyyatların ikinci ili tamam olacaq...
JASMİN