QR -da sosial siyasət komitəsi bu gün Joqorku Keneşin “Qırğızıstan Respublikasında qəhrəman analara verilən aylıq sosial müavinətlərin məbləğinin artırılması haqqında” qərar layihəsinə baxıb və onu dəstəkləyib.

TEZADLAR.AZ Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, təşəbbüskarlar: deputatlar Kamilə Təliyeva və Marlen Mamatəliyev olub.

 Marlen Mamatəliyevin sözlərinə görə, qərar layihəsi Konstitusiyanın 19-cu maddəsinə uyğun olaraq qəhrəman anaların həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə hazırlanıb.

 “33 minə yaxın qəhrəman anamız var.   Çoxları pensiya alır, amma 121 nəfər işləmir və 3 min som (təqribən 57 man) müavinət alır. Onun ölçüsü pensiyanın 3 min 170 som olan baza hissəsinə bağlıdır.  Biz təklif edirik ki, müavinəti yaşayış minimumuna bağlayaq, çünki o, hər il dəyişir və artır”.

 Xalq deputatı əlavə edib ki, 121 qəhrəman ana üçün ildə 2 milyon som vəsait tələb olunacaq.

 Təşəbbüskarlar Nazirlər Kabinetinə qəhrəman analara verilən aylıq sosial müavinətin yaşayış minimumunun ən azı üçdə ikisi qədər artırılmasını təklif edirlər.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN