Fələstin hökuməti terrorçuluğa təlim verdi, terroru maliyyələşdirdi.
TEZADLAR.AZ trt-yə istinadən xəbər veriri ki, bu fikri İsrailin baş naziri Benyamin Netanyahu Amerikanın “Politico” qəzetinə müsahibəsində bildirib.
Netanyahu ABŞ prezidenti Co Baydenin ona ünvanladığı tənqidlərə cavab verib və özünün yürütdüyü siyasətin israillilərin böyük əksəriyyəti tərəfindən dəstəkləndiyini bəyan edib.
Belə ki, o, müsahibəsində İsrailin baş naziri ABŞ prezidentinin “Netanyahu indi İsrailə xeyirdən çox zərər verir” sözlərinə belə cavab verib: “Co Baydenin nə demək istədiyini anlamadım. Əgər o, İsrail xalqının əksəriyyətinə qarşı siyasət yeritdiyimi və bunun İsrailin maraqlarına zərər verdiyimi nəzərdə tutursa, səhv edir. Bu, mənim öz siyasətim deyil, israillilərin böyük əksəriyyətinin dəstəklədiyi siyasətdir. Onlar “Həmas”ı məhv etmək üçün atdığımız addımları dəstəkləyirlər", - deyə qeyd edib.
Baş nazir vurğulayıb ki, Fələstin hökuməti terrorçuları maliyyələşdirir və "Həmas" olmadıqdan sonra Fələstin Qəzzaya hakimlik edə bilməyəcək.
“Həmas”ı ortadan qaldırdıqdan sonra Qəzza zolağında Fələstin hakim olmayacaq. Amma bu, edilməli olan son hərəkətdir. Fələstin hökuməti terrorçuluğa təlim verdi, terroru maliyyələşdirdi”, - Netanyahu deyib.
JASMİN