Xarici işlər naziri Hakan Fidan Türkiyənin həyata keçirdiyi əməliyyatlar nəticəsində küncə sıxışdırılan separatçı terror təşkilatı PKK-nın onlara dözümlülük göstərən Avropa ölkələrində terror fəaliyyətləri ilə məşğul olduğunu bildirib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə trt məlumat yayıb.

İstanbulda keçirilən tədbirdə çıxış edən Hakan Fidan xatırladıb ki, son günlər Belçikanın iki fərqli şəhərində PKK tərəfdarları Türkiyə vətəndaşlarına hücum ediblər.
“Onlar o qədər azğınlaşıblar ki, Almaniyanın Hannover şəhərindəki Baş Konsulluğumuza balta ilə hücum ediblər” deyən Hakan Fidan Fransada da oxşar təxribat cəhdlərinin olduğunu deyib.
"Biz onlara zərbə endirdikcə PKK terrorçuları bir o qədər küncə sıxışır. Küncə sıxışdıqca, illərdir onlara dözümlülük göstərən ölkələri terrora məruz qoyurlar. Dövlətimiz hər şəraitdə öz vətəndaşlarını qoruyur. Məsələ bu qədər bəsitdir'',-Hakan Fidan qeyd edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN