Hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Batmanda təşkil etdiyi mitinqdə xalqa müraciət edib.
TEZADLAR.AZ TRT-yə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada fələstinlilərin sülh və əmin-amanlığa qovuşması üçün hər cür səy göstərəcəklərini bildirib.
Hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Batmanda təşkil etdiyi mitinqdə xalqa müraciət edib.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzzada atəşkəs elan edilmәsi haqqında qərarını qiymətləndirən Türkiyə Prezidenti deyib: "Atəşkəs qərarına əməl edilmәsi üçün Qərbin ərköyün övladı olan İsrailə təzyiqlər artırılmalıdır. Türkiyə olaraq, alqışladığımız bu qərarın hәyata keçirilmәsi üçün üzərimizə düşəni edəcəyik. Qəzzalı qardaşlarımızın ən qısa zamanda sülh və əmin-amanlığa qovuşması üçün səy göstərəcəyik''.