Rusiya prezidenti Vladimir Putin polisə bir sıra qanun pozuntularına görə miqrantları məhkəmə qərarı olmadan ölkədən çıxarmağa icazə verən Qanunu imzalayıb.

 

TEZADLAR.AZ xəbər verir ki, yeni qanuna əsasən, “Rusiyada olmaq üçün qanuni hüququ” olmayan miqrantların qovulmaları ilə bağlı ölkədə yeni hüquqi rejim tətbiq olunur.

RG.RU izah edir ki, normalar sənədləri ləğv edilmiş və ya sənədlərinin müddəti bitmiş əcnəbilərə şamil ediləcək.

Belə miqrantlar haqqında məlumatlar RF Daxili İşlər Nazirliyinin nəzarət edilən şəxslərin reyestrinə daxil ediləcək.

Onların bir sıra hüquq və azadlıqları məhdudlaşdırılacaq.

Məsələn, onlar mənzil və ya avtomobil ala, kredit götürə, evlənə, ölkə daxilində sərbəst hərəkət edə, bank hesabları aça, biznes qeydiyyatdan keçirə, pul köçürə bilməyəcəklər. Polisin belə miqrantların evlərinə girmək hüququ olacaq. Qaydalar pozularsa, miqrant Rusiyadan çıxarılacaq. Deportasiya ilə bağlı qərarı RF Daxili İşlər Nazirliyi verəcək.

 Bundan əlavə, "Kommersant"ın məlumatına görə, polis qanun pozuntuları törətmiş əcnəbiləri ölkədən çıxarmaq hüququna malik olacaq, o cümlədən bu hallarda:

ictimai yerlərdə spirt içmək;

stadionlarda davranış qaydalarının pozulması;

narkotik vasitələrin qanunsuz dövriyyəsi, daşınması, istehlakı və təbliğatı;

qeyri-ənənəvi cinsi münasibətlərin və pedofiliyanın təbliği;

vicdan və dini etiqad azadlığı haqqında qanunvericiliyi pozmaqla missionerlik fəaliyyəti;

polis əməkdaşının və ya digər hüquq-mühafizə orqanlarının əmrinə tabe olmama.

Qanun imzalandıqdan 180 gün sonra qüvvəyə minəcək. Hələlik əcnəbilərin inzibati qaydada ölkədən çıxarılması barədə yalnız ölkənin hakimləri və sərhədçilər qərar verə bilər.

Qeyd edək ki, 2024-cü ilin aprelində Moskva vilayətində “Crocus City Hall”-da azı 145 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra bir qrup deputat Dövlət Dumasına miqrasiya sahəsində nəzarəti gücləndirmək üçün düzəlişlər paketi təqdim edib. Dövlət Duması düzəlişləri iyunun 23-də qəbul edib.

Y.Məmmədli

P.S. Bəlkə buna görə deyiblər ki, "Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı"! Əslində hər iki halda Vətən yaxşıdır: yaşamağa da, ölməyə də! 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN