Fransanın keçmiş prezidenti Nikola Sarkozi cümə günü elektron qolbaq alacaq və telefon danışıqlarını dinlədiyinə görə evdə cəza çəkəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə “Le Figaro” yazıb.
"İstintaqa yaxın mənbənin məlumatına görə, bu gündən, fevralın 7-dən Nikola Sarkozi telefon dinləmə işinin bir hissəsi kimi elektron qolbaq taxacaq", - materialda deyilir.
Dekabrda Kassasiya Məhkəməsi Sarkozinin telefon dinləmələri ilə bağlı şikayətini rədd edib və onun "korrupsiya və nüfuz alverinə görə" cəzalandırılmasına qərar verib. Vəkillər bu hökmü görünməmiş adlandırıblar.
Eks-prezident hökmdən Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) apellyasiya şikayəti verəcəyini bildirib.
Qeyd edək ki, Sarkozi 2007-2012-ci illərdə Fransanın dövlət başçısı vəzifəsində çalışıb.
E.ŞİRİNOV