Yaponiyanın şərqində yerləşən İsesaki şəhərində şənbə günü havanın hərarəti 40,1 dərəcəyə yüksəlib. Bu, iyun ayı üçün ölkədə bütün müşahidələr dövrünün ən yüksək göstəricidir.

Xarici KİV-lər xəbər verir ki, bu barədə Yaponiya Milli meteorologiya idarəsi məlumat yayıb. Hakimiyyət orqanları temperaturun yüksəlməsi ilə əlaqədar əhaliyə günəş altında uzun müddət qalmamağı və müntəzəm olaraq su içməyi tövsiyə edib.

İyunun 24-də Kai şəhərində açıq havada keçirilən məşğələdən sonra 16 yuxarı sinif şagirdi günəş vurması simptomları ilə xəstəxanaya yerləşdirilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN