"Elə adamam ki, 90 yaşıma qədər barəmdə yazacaqlar. Məndən yazanların 99 faizi özünü təmiz göstərmək istəyən "həlləm-qəlləm" adamlardır. Uzun illərdir ki, Bakının Bilgəh qəsəbəsində yaşayıram, ömrüm boyu buranın çörəyini yemişəm və Bilgəhdən kənara çıxmamışam. Bircə dənə bilgəhli gətirin, desin ki, Hacı Qalib mənim haqqıma girib, mənim torpağımı zəbt edib. Təkcə torpaq zəbt etmək yox, ümumiyyətlə, başqa heç bir pis əməldən söhbət gedə bilməz. Bütün el-oba bilir ki, mən 1985-ci ildə Sovxozun faktiki direktoru olandan sonra Bilgəh torpaqlarının 90 faizini paylaşmışam. Yəni, mənim heç kimin torpağında gözüm yoxdur".