NİZAMNAMƏ KAPİTALI 10 MANAT OLAN ŞİRKƏTƏ 3,7 MİLYON MANAT AYRILIB

Osman Gündüz: “Görəsən, nizamnamə kapitalı 10 manat olan şirkətə tələm-tələsik 3.7 milyon manat verərək yeni, parallel bir informasiya resursunun hazırlanması hansı zərurətdən yaranıb.” 

***

Qarabağın işğaldan azad olunan ərazilərinin coğrafi məlumatlarını kim hazırlayıb və kim qlobal xəritə xidmətlərinə təqdim edib - bizim dövlət qurumlarımız, yoxsa “4Maps Bilgi Teknolojileri” şirkəti?

 Bu günlərdə məlumat verildi ki, İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC "4Maps Bilgi Teknolojileri" MMC ilə məbləği 3 milyon 729 min 561 manat olan satınalma müqaviləsi bağlayıb.

 Bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü Osman Gündüz bildirib. 

 O, qeyd edib ki, Tikinti-Təchizat Birliyi "Rəqəmsal xəritə əsaslı platformanın yaradılması işlərinin görülməsi" üzrə adı çəkilən şirkətdən və adları hələlik bizə məlum olmayan digər şirkətlərdən daxil olan təkliflər sorğusu yekunlaşdıraraq yuxarıda qeyd olunan şirkəti qalib elan edib.

 Osman Gündüz mövzunu araşdırıb və ortaya qəribə mənzərə çıxıb... Onun sözlərinə görə, bir çox dövlət qurumunun zəhməti hesabına reallaşan layihəni  “4MAPS Bilgi Teknolojileri” şirkəti öz adına çıxıb.

 “Məlum oldu ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri olan “4MAPS Bilgi Teknolojileri” MMC burada “Tədqiqat və inkişaf, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” layihəsini həyata keçirəcək. Coğrafi məlumatlar və xəritə xidmətləri verən bu şirkət Azərbaycanda xeyli işlər görəcəyini elan edib. 750-1500 nəfərlik iş yeri açacağını bildirib. Dünyanın bir çox xəritə xidmətləri təklif edən qlobal şirkətlər ilə - Apple, Yandex, HERE və s. qurumlarla əməkdaşlıq etdiyini açıqlayıb.

Əlbəttə, bütün bunlar təqdirə layiqdir.

Diqqətimi cəlb edən maraqlı bir məqam ondan ibarət oldu ki, bu şirkət Azərbaycanla bağlı, Qarabağla bağlı coğrafi adların müəyyən edilməsi və azərbaycancaya dəyişdirilməsi, xəritə dəyişiklikləri üzrə datanın toplanmasını və qlobal xəritələrdə dəyişdirilməsini öz əməyi olaraq təqdim edib.

Halbuki daha öncədən də məlum idi ki, bunu bizim bir neçə dövlət qurumu - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və Kartoqrafiya” MMC, İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti, RİNN, XİN və AMEA birgə işləyərək və uzun müddət davam edən çalışmalar, açıq məlumat bazasının formalaşdırılması, qlobal şirkətlərlə yazışmalar və inteqrasiya əsasında həyata keçirmişdilər”, - deyə qeyd edib.

Osman Gündüz qeyd edilənlərlə bağlı dəfələrlə açıqlamalar verdiklərini, dövlət qurumlarının isə bu şirkətə qarşı susqunluq nümayiş etdirdiklərini, həmin şirkətin Azərbaycan adından danışıq aparmaq, həmçinin qlobal şirkətlərə inteqrasiya səlahiyyətini necə əldə etməsinə də təəccübləndiyini bildirib...

 “Düzü, açıq-aşkar özümüzün dövlət qurumlarımızın reallaşdırdığı bir işin “4MAPS Bilgi Teknolojileri” şirkətinin öz adına çıxmasını, dövlət qurumlarının da buna susqunluğunu anlamadım. Bəlkə də, kimlərsə bu şirkətin tenderdəki start vəziyyətinin gücləndirilməsi üçün bu addımı atıblar. Eyni zamanda, bu şirkətin qlobal xəritə xidmətləri verən şirkətlərlə Azərbaycan adından danışıq aparmaq, bizim dataları haradan əldə etməsi və qlobal şirkətlərə inteqrasiyası səlahiyyətini necə əldə etməsi də mənə qaranlıq qaldı. O ki qaldı bu tendering mahiyyətinə, düzü burada da bizim üçün anlaşılmaz məsələlər yarandı.

Söhbət yuxarıda qeyd olunan tender məlumatındakı hansı rəqəmsal platformanın yaradılmasından gedir”, - ekspert bildirib.

 Osman Gündüz  bir neçə qurumda oxşar resurslar olduğu halda, İqtisadiyyat Nazirliyinin 3D formatlı rəqəmsal platforma yaratmaq istəyinə də anlam verə bilmədiyini, həmçinin nizamnamə kaptalı 10 manat olan bir şirkətə tez-tələsik 3,7 milyon manat ayrılmasına da diqqət çəkib.

 “Bir qədər araşdırdıqda müəyyən etmək olur ki, İqtisadiyyat Nazirliyi vergi ödəyicilərinin kordinatlarını müəyyən edən, qanunsuz obyektləri aşkara çıxarmağa imkan verən 3D formatlı bir rəqəmsal paltforma yaratmağı hədəfləyib. Düzü, əgər reallıq yalnız bundan ibarətdirsə, buna da xeyli təəccüblənmək lazımdır. Çünki belə bir data artıq iki qurumda - İN-nin Əmlak Məsələləri Dövlət Xidmətinin Ünvan Reyestrində, bu qurumun hazırladığı digər resurslarda və elə AVİS-də var.

Yəni dövlətə məxsus olan oxşar informasiya resursları var ki, artıq əldə olunması arzulanan məlumatlar xeyli hissəsi bu resurslarda toplanıb. Eyni zamanda, daha öncədən də ölkəmizdə milli məkan məlumatları ilə bağlı infrastrukturun formalaşması haqqında rəsmi sənədlər qəbul edilib. Belə olan halda, görəsən nizamnamə kapitalı 10 manat olan, bir qədər də düşündürücü, burada qeyd etmək istəmədiyim məqamları olan şirkətə tələm-tələsik 3.7 milyon manat verərək yeni, parallel bir informasiya resursunun hazırlanması hansı zərurətdən yaranıb.

Düşünürəm ki, yetərincə dataya malik olan ƏMDX və ya AVİS-ə sahib olan Dövlət Vergi Xidməti, həmçinin elə ölkəmizin xəritə və coğrafi məlumatlarla məşğul oaln şirkətləri artıq mövcud olan data əsasında, bir neçə günə özləri bunu hazır edə bilərdilər”, -  deyib.

 O, nəzərə çatdırıb ki, aparılan monitorinqlər göstərir ki, ölkəmizdə dövlət qurumlarına məxsus xeyli sayda parallel, oxşar informasiya sistemləri, oxşar data bazalar yaradılıb və bu da büdcədən əlavə resurslar tələb edir.

 Ekspertin sözlərinə görə, elə situasiya formalaşıb ki, az qala hansı dövlət qurumu səhər tez dursa bir informasiya sistemi, hətta çoxsaylı altsistemlər hazırlamaq niyyətində olur.

“Bu, doğru bir yanaşma deyil. Zaman-zaman bu informasiya resurslarının da maliyyələşdirilməsi üçün büdcədən əlavə resurslar tələb olunur. Düşünürəm ki, bu cür anlaşılmaz və səmərəsiz infrastrukturun formalaşmasında rəqəməmsal hökumətə cavabdeh olan VXSİ Dpvlət Agentliyinin, onun eGov Mərkəzinin də məsuliyyəti var.

Fikrimcə, bu cür resursların auditini aparmaq, təkrarçılıqları aradan qaldırmaq, paralelçiliyə imkan verməmək, inteqrasiya məsələlərinə diqqət yetirmək, mövcud resurslardan daha effektiv istifadəyə zaman və vəsait ayırmaq daha doğru addım olardı.

Yeri gəlmişkən, ölkədə eGov səlahiyyətləri RİNN-də olduğu zaman açıq olan dövlət informasiya sistemləri reyestri də ASAN-a keçəndən sonra hələ də qapalı vəziyyətdədir”, - deyə Osman Gündüz əlavə edib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN