Sentyabrın 1-də Fövqəladə Hallar Nazirliyində (FHN) nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə müşavirə keçirilib. Nazir müavini Tapdıq Əmiraslanov və nazirliyin aidiyyəti struktur bölmə və qurumlarının rəhbər heyətinin iştirak etdiyi müşavirədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib.

FHN-nin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə nazir Kəmaləddin Heydərov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin təmin edilməsi məsələlərinə hər zaman xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin üzərinə ciddi vəzifələrin düşdüyünü xatırladıb. Odur ki, ölkə başçısının ali etimadını əməli işdə doğrultmaq üçün bundan sonra da nazirliyin şəxsi heyəti var gücü ilə çalışmalıdır.

Sonra Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin fəaliyyəti ilə əlaqədar hesabat dinlənilib. Qeyd olunub ki, çimərliklərdə, su hövzələrində və digər sututarlarda, dənizkənarı kütləvi istirahət yerlərində axtarış-xilasetmə tədbirlərini, habelə dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsi vəzifəsini həyata keçirən xidmətin səmərəli fəaliyyəti sayəsində cari ildə də çimərlik ərazilərində suda boğulma halı qeydə alınmayıb. Vurğulanıb ki, təhlükəsizlik tədbirləri təkcə Abşeron yarımadasında deyil, digər şəhər və rayonların sahilboyu ərazilərində də həyata keçirilir. Bundan əlavə, xidmətin əsas vəzifələrindən olan kiçikhəcmli gəmilərin təhlükəsiz istismarına nəzarətin təşkili ilə bağlı görülən işlər barədə də ətraflı məlumat verilib.

Müşavirəyə yekun vuran nazir Kəmaləddin Heydərov sularda təhlükəsizliyin təmin edilməsi istiqamətində Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin üzərinə düşən mühüm vəzifələri xatırladıb. Nazir həlli vacib məsələləri qeyd edərək, müvafiq tapşırıqlarını verib.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN