booked.netbooked.net booked.net  

Mayın 18-də Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Ə.Tağıyevanın yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığı barədə məlumat yayılmışdı.

Polis əməkdaşlarının 3 günlük axtarış əməyi və KİV-də həmin qız uşağının fotosu – axtarışa verilməsi məlumatının yayılmasından sonra Ə.Tağıyevanın olduğu yer tapıldı – Xaçmazda.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun sözlərinə görə, polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhhətinin normal olduğunu, həyatı təhlükəsinin olmadığını dəqiqləşdirib.

İlkin məlumata görə. Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək.

Əfsanənin sağ-salamat tapılaraq ailəsinə verilməsi çox sevindiricidir. Hər şey başqa cür də ola bilərdi. Çünki söhbət 13 yaşlı uşaqdan gedir. Və onu ailə qurmaq adı ilə aparan şəxsin yaşından da xəbərimiz yoxdur. 13 yaşlı uşağı yaşının bu dövründə aldatmaq çox asanddı... Ana qayğısına ehtiyacı olan bir uşağın ailə qurmaq üçün aparılması nə qədər ağlabatndır? Bu yaşda olan qız uşaqların hələ gəlinciklə oynayan vaxtlarıdır. Onun öz istəyi ilə kiminləsə getməsi nə dərəcədə qarşı tərəf üçün (evlənmək istəyən) əsas ola bilər.

Onu aparan (lar) heçmi bu körpə qızın ailəsinin narahat olub balasını axtaracağını, uşağın gələcəyini, azyaşlı olmasını düşünmədi və günlərdir onun harada olması barədə ailəsinə belə məlumat verilmədi?

Son illər Azərbaycanda azyaşlıların ailələri tərəfindən ərə verilməsi statistikası da artmaqdadır. Bu günlərdə 13 yaşlı qız uşağı ailəsi tərəfindən bibisinin 37 yaşlı dul oğluna nişanlanılmışdı. Azərbaycan ictimaiyyəti bu biabırçılığa səssiz qalmamışdı. Müvafiq orqanlar tərəfindən də məsələ araşdırılmışdı.

İndi isə Tovuzda 13 yaşlı qız uşağının ailə qurmaq üçün evdən getdiyi bildirilir...

Azyaşlıların evdən getməsinin isə səbəbləri çoxdur: valideyin -övlad münasibətlərinin səmimi olmaması, valideyin diqqətsizliyi, yaxud əksinə, valideynlərin həddən artıq sıxışdırması, uşağın məşğuliyyətsizliyi, məktəbdəki təhsildən ayrı düşməsi, hətta sinif yoldaşları ilə münasibətlərinin yaxşı qurulmaması və digər amillər...

Yəqin ki, həyəcan təbili çalmağın vaxtı çoxdan çatıb. Bu məsələni heç də gözardı etmək olmaz. Ailələrlə, məktəbdə şagirdlərlə maarifləndirmə işinin aparılmasına ciddi ehtiyac var.

İnanaq ki, evinə qayıdacaq balaca Ə.Tağıyeva ətrafdakıların lazımsız  söz-söhbəti ilə dışlanmayacaq, məktəb, sinif yoldaşları ona daha isti münasibət göstərəcək və təhsilinə davam etməsində yardımçı olacaqlar. Bu körpə və məsum uşağın təhsil almasına və ayaqları üstə durmasına, sevgi göstərilməsinə ehtiyacı var. Əks təqdirdə, onun öz evini bir daha tərk etməyəcəyinə heç kim qarant ola bilməz...

P.S. Son məlumata görə, Ə.Tağıyevanın qaçdığı şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. Hazırda müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Faktla bağlı əlavə məlumat veriləcək.

 

 JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN