"Niyə bizimlə maraqlanan, problemlərimizi həll etməli olan məmurlar irəli durmur?"

"Təzadlar"ın redaksiyasına Masallı rayonunun Təklə kəndinin əhalisi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlı müraciət daxil olub.

Müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident!

Sizin rəhbərliyiniz altında respublikamızda genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır. Amma çox təəssüflər olsun ki, bizim yaşadığımız Masallı rayonunun Тəklə kəndi bu inkişafdan кənarda qalıb, bu səbəbdən də sakinlər çətinliklər içərisində boğulurlar.

Kəndimizin bir sıra vacib problemləri var ki, bu günə qədər həll edilmir. Bu barədə dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, lakin vədlər verilsə də, problemlər həll olunmayıb. Ona görə də biz məcburiyyət qarşısında qalıb Sizə müraciət etmək qərarına gəldik ki, bizə bu məsələdə köməklik göstərəsiniz.

Nəzərinizə çatdıraq ki, kəndimizə giriş üçün bir əsas yol var ki, o da Viləş çayından gələn qolun üzərindən keçir. Uzun illərdir kəndin camaatı bu yoldan ancaq piyada keçidi kimi istifadə edir və bura maşınların girişi mümkünsüzdür. Həmin çayın üzərindən keçən кöгрü elə camaatın köməkliyi ilə salınıb və taxta parçalarından ibarətdir. Biz bu yolun bərpası üçün icra nümayəndəliyinə dəfələrlə müraciət etmişik, amma heç bir tədbir görülməyib.

tekle-5

Ulu Öndərimiz demişdi ki, "Yol – mədəniyyətdir”. Amma çox təəssüflər olsun ki, biz bu mədəniyyətdən uzaq bir kənddə yaşamaq məcburiyyətindəyik. Bu yolun avtomobil üçün keçilməz olması təcili yardım, yanğınsöndürən və digər təxirəsalınmaz texnikanın kəndə daxil olmasını mümkünsüz edir. Bundan başqa, kənddaxili yollar da bərbad vəziyyətdədir, torpaq üzərinə heç bir örtük təbəqəsi çəkilmədiyi üçün yağış, qar yağanda keçilməz olur. Sakinlər bu yolla hərəkət edəndə çox çətinliklər çəkir. 2015 və 2022-ci illərdə bu kəndə gələn sel bir çox təsərrüfata, evlərə ziyan vurdu, əhali kənddən FHN tərəfindən qayıqlarla çıxarıldı, amma bu ziyan hələ də bərpa olunmayıb. Çayın içərisi təmizlənməyib, 2020-ci ildən bəri işlər yarımçıq qalıb.

Qeyd edək ki, kəndimizdə işıqla da bağlı problemlər var. 2016-ci ilda kabelləşmə işləri aparılıb, 50 ailənin yaşadığı kəndin cənub hissəsində yeri müəyyən olunsa da, transformator qoyulmayıb. Hal-hazırda istifadə olunan transformatorla bu ərazinin arasındakı məsafə 2500-3000 metrdir. İstifadə olunan transformator əhalinin təlabatını ödəmədiyi üçün gərginlik az olur, elektrik cihazlarından istifadə edə bilmirik. Bu səbəbdən də həmin cihazlar tez-tez sıradan çıxır. Məsələ ilə bağlı Masallı Elektrikşəbəkəsinin rəisi Samir Hüseynova da müraciət etmişik, amma nə fayda? Bu qədər sakinin problemləri nəzərə alınmır, insanları çarəsiz duruma gətirirlər.

Möhtərəm cənab Prezident!

Kəndimizin digər problemi isə təbii qazla bağlıdır. Müəyyən ərazilərə qaz xətti çəkilsə də, bir çoxlarımızın evinə qaz sayğacı qoyulmayıb, bunun üçün pul tələb olunur. Bu səbəbdən də qışda kəndin əhalisi istilik baxımından çətinlik çəkir. Meşələrdən odun əldə edə bilmərik, çünki bu, ekologiya üçün vacibdir və ağacların kəsilməsi inzibati məsuliyyət yaradır. Bəs belə vəziyyətdə bu qədər ahali - əsasən də uşaq və yaşlı insanlar nə etməlidir?! Niyə bizimlə maraqlanan, problemlərimizi həll etməli olan məmurlar irəli durmur?

Möhtərəm cənab Prezident!

Sizə müraciət edərək, kəndimizin əhalisi adından xahiş edirik ki, sadalanan məsələlərin həllində bizə köməklik edəsiniz və bu problemlərin aradan qaldırılması üçün aidiyyəti üzrə göstəriş verəsiniz.

Kəndin əhalisi adından:

Həsənov Həsən Hüseyn oğlu".

Məsələ ilə bağlı aidiyyəti qurumların da mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

tekle-1

tekle-3

tekle-4

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN