1993-cü ildən Pirallahı rayonunun Çilov adasında yerləşən "28 may" Neft-Qaz Çıxarma İdarəsində təmir-quraşdırma çilingəri kimi fəaliyyət göstərən Həsən Həsənov üzləşdiyi problemlə bağlı "Təzadlar" qəzetinin redaksiyasına təkrar müraciət edib.

Belə ki, onun çalışdığı qurumun rəhbərliyilə 2010-cu ildə ixtisas dərəcəsənin aşağı endirilməsilə başlayan narazılığı 2018-ci ildə işdən çıxarılması ilə nəticələnib.  

H.Həsənov iddia edir ki, "28 may" Neft-Qaz Çıxarma İdarəsinin rəisi Zaur Bağırov Göytəpə qəsəbəsinin baş həkimi Eldar İsayevlə razılaşıb ki, onun tibbi arayışı ləğv edilsin.  

Göytəpə Şəhər Xəstəxanasının keçmiş baş həkimi Eldar İsayev isə ittihamları qəbul etmir. 

H.Həsənovun bildirdiyinə görə, xəstəlik vərəqəsi ləğv edildikdən sonra onun işə çıxmadığı, yəni müalicə olunduğu müddət əsas tutularaq işdən çıxarılıb. O hesab edir ki, 2010-cu ildə ixtisas dərəcəsi aşağı endiriləndə çalışdığı qurumdan şikayətçi olduğuna görə onunla ədavət aparılır və işdən çıxarılmağı əsassızdır. "28 may" Neft-Qaz Çıxarma İdarəsinin rəisi Zaur Bağırov isə iddialara cavab olaraq bildirib ki, H.Həsənovun işdən çıxarılması tamamilə qanuni və məhkəmə predmetində də təsdiq edilib. 

Şikayətçi əlavə edir ki, işi ilə yanaşı, evini də itirib. O, Çilov adasına və orada yerləşən evinə qayıda bilmir.  

Zaur Bağırov bunu Çilov adasının inzibati strateji obyekt sayıldığı və orada yaşamaq üçün icazənin orada yaşayan insanlara verildiyini deyib. 

Azərbaycanın bütün məhkəmə instansiyalarında prosesləri uduzan H.Həsənov tələbləri yerinə yetirilənə qədər dövlət qurumlarına müraciətlərini dayandırmayacağını deyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN