Bakinin Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi - 11 k ünvanında fəaliyyət göstərən “Flora Holland” gül mağazası deyəsən, dövlət dilimizin Azərbaycan dili olduğunu unudub.

Əgər belə olmasaydı, endirimlə bağlı elanını ana dilimizdə yazmayıb rus dilində yazmağı və dilimizi “ikinci sort” yerinə qoymağı rəva bilməzdi.

flora-hoƏlbəttə, biz bilmirik bu mağazanın – şirkətin rəhbərliyi kimin əlindədir, kimdir sahibi, hansı millətin gen daşıyıcısıdır, amma bura Azərbaycandır və dövlət dilimizə hörmət etmək hər bir kəsin borcudur! Kimlər isə “ruskoyazıçnı” ola bilər və biz rusun dilini ana dilimiz səviyyəsində bilə bilərik, amma başqa millətin dilini təbliğ edib, ana dilimizi gözdən salmağa imkan verməməliyik.

Düşünürəm ki, “Flora Holland” da hansı ölkədə fəaliyyət göstərdiyinin fərqində olsa yaxşıdır.

Bu xalq, işğalda olan torpaqlarını ermənilərdən xilas etmək üçün minlərlə şəhid verib qəhrəmanlıq dastanı yazıb və o şəhid oğullar o torpaqları ona görə qanları ilə sulayıb Vətən etməyiblər ki, onların “ana dilini ağladıb”, əcnəbinin dilini başa çəksinlər!

Vətənə, dilimizə olan bu sevginin mənasını, anlamını dərk etməyənlər bunu anlasalar yaxşıdır!  

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN