Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara İsrail hakimiyyətinin Qəzza zolağındakı hərəkətlərinə görə cəzalandırılması üçün əlindən gələni edəcək.
Tezadlar.az TASS-a istinadən xəbər verir.
Məlumata görə, Türkiyə lideri Almaniya səfərindən sonra İsraillə bağlı açıqlama verib.
“Biz bu cinayətləri törədənlərin cəzalandırılması üçün əlimizdən gələni edəcəyik”, – Ərdoğan vurğulayıb.
Türkiyə prezidenti qeyd edib ki, bütün digər dövlətlər İsrail hərbçilərinin anklavdakı hərəkətlərinə məhəl qoymasalar, Ankara günahkarların cəzalandırılmasında israrlı olacaq.
Xatırladaq ki, Yaxın Şərqdə münaqişə 2023-cü il oktyabrın 7-də alovlanıb. Fələstinin HƏMAS hərəkatı ilə İMQ arasında gedən döyüşlər zamanı çoxlu sayda dinc sakin həlak olub.
E.ŞİRİNOV