Azərbaycan Yazıçılar Birliyində baş verən son mənzil paylanması hadisəsi böyük qalmaqalla müşaiyət olunur...

Evi olub yenidən mənzil alan və mənzili olmayıb kirayədə yaşayan yazıçıların üz-üzə gəlməsi xoşagələn hal deyil... Amma AYB-dən də, nəhayət, açıqlama gəldi: "Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib". Bunu Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli deyib. Hüseynbəyli deyib ki, Yazıçılar Birliyinə 250 nəfər ev üçün müraciət edib və Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib: "Bu şəxslərin sırasında əvvəldən ev növbəsi gözləyənlər də, yeni müraciət edənlər də var... Həmin ev bölgüsü prosesində iştirak etməmişəm. Düşünürəm ki, ev bölgüsü kimin evinin olub-olmaması prinsipi ilə aparılıb".

Sitatın sonu!

***

Tezadlar.az xatırladır ki, ötən həftə AYB-də 21 nəfər yaradıcı şəxsə ev verilib. Bu isə yazıçılar arasında narazılığa səbəb olub. Narazılar isə bildirirlər ki, ev bölgüsü obyektiv həyata keçirilməyib. Hətta 1-2 evi olan şəxslərə yenidən evlər verilib. 

Beləliklə, Azərbaycan Yazıçılar Birliyində (AYB) növbəti qalmaqal yaşanır. Buna səbəb bir neçə gündür sosial şəbəkələrdə AYB-nın öz üzvlərinə evlər verdiyi, lakin ev alan şəxslərin adlarının açıqlanmamasıdır. Bəzi yazarlar isə qeyd edirlər ki, ev bölgüsü zamanı ədalətsizliyə yol verilib. Bu gün isə sosial şəbəkələrdə azərbaycanlı tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Sevil Gültən AYB-dən son dəfə ev aldıqları iddia olunan yazarların siyahısını açıqlayıb. Həmin siyahını təqdim edirik: 
1. Xanəmir- ikinci dəfədir AYB-dən ev alır.
2. Dəyanət Osmanlı – o da ikinci dəfə ev alır.
3. Narıngül Nadir - demirəm pis insandır, pis yazıçıdır. Amma Allaha and olsun ən azı iki evi var.
4. Şəfəq Sahib - onun da iki evi var.
5. Arifə Əliyeva – yüz ildir AYB-də kadrlar şöbəsinin rəhbəridir - üçüncü dəfədir dövlətdən ev qamarladığı
6. Şəmsiyyə Camalova - adicə komputer operatorudur (düzdür, sənədə əsasən, AYB tərcümə mərkəzinin işçisidir), ədəbiyyata dəxli yoxdur, amma AYB üzvüdür, birillik prezident təqaüdü də alıb.
7.Ulucay Akif - evi var, nənəsi bağışlayıb, subaydır. Taleh Mansur iki uşaqla kirayədə qalır, o yada düşmür ev veriləndə, Ulucay Anarı qəşəng söydüyü üçün onun adını siyahıya yazırlar
8. Güləmayıl - başqalarının şeirlərini oğurlayıb AYB-yə üzv olub, özünə iş tapıb orda. Evi də var, bağ evi də
9. Elxan Zal - ola bilməz onun evi olmasın
10. Firuz Mustafa - onun da evi var.
11.Rauf Aslanov - Anarın müşaviri. Ən azı 3-4 evi, bağ evi var.
12.Anarın sürücüsü.
S.Gültən daha sonra "Azərbaycan" jurnalından Südabə xanım və Ülviyyə Heydərovanın da ev alanlar siyahısında olduğunu bildirib.

AYB-də mənzil qalmaqalı lap jurnalistlərin adına tikilmiş 3 binanın ətrafında yaşananları təkrarlayır. Jurnalistlər binasındakı mənzillərin də təxminən yarıdan çoxunun jurnalist olmayanlara verilməsi hələ də müzakirə mövzusu olaraq qalır.

Belə çıxır ki, bütün sahələrdə ədalət tərəzisinin çəki daşlarına əl dəyilib... Olmaması lazımdır!

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN