...O dünyada ilkdir,  də Azərbaycanda....

Əslində onun ustası olduğu detektiv janrı da sən deyən köhnə deyilBu, 180 ilə sığan bir tarixdir bu janrın adından əvvəl nümunələri yaranıb. Məşhur Amerika yazıçısı Edqar Po 1841-42-ci illərdə yazdığıMorq küçəsində qətlMari Rojenin sirriromanlarıyla bu növ macəra ədəbiyyatının əvvəlinci örnəklərini doğursa da, mənasıxəfiyyə”, “təhqiqatolandetektivsözünü həmin janra ad edib yaraşdıran 1878-ci ildə başqa bir amerikan yazıçısı Enn Ketrin Qrin olub.

Bu çox da uzun olmayan zaman içərisində isə janrın dünyaca məşhur yaradıcıları yetişiblər və möcüzə yaradıblar. Möcüzə ondan ibarətdir ki, onların müəllifi olduğu kitablar özlərindən yüzillər  minillər əvvəl yaşamış bütün şair yazıçıların əsərlərini nəşr olunma sayı sürəti, oxunma, yayılma tərcümə edilmək əhatəsi ilə rahatca üstələyib, həmin yazarlar ildırım sürəti ilə dünyanınkılaşblarArtur Konan Doylu, Aqata Kristini, Jorj Simenonu, Gilbert Kiyt Çestertonu, Erl Stenli Qardneri... indi dünyanın hər yerində tanıyırlar az qala onların əsərləri dünyanın bütün ölkələrində işıq üzü görüb.

Azərbaycan ədəbiyyatına bu janr XX yüzilin ortalarına gəlib bizim öz ölkəmizdə tanınan, sevilən detektiv yazıçılarımız əsərlərimiz meydana çıxıbAzərbaycan oxucularının köhnə nəsli Cəmşid ƏmirovunBrilyant məsələsi”, “Qara volqakitablarının əl-əl gəzdiyi çağları unutmayıblar 1980-ci illərdə Azərbaycan ədəbiyyatında da, elə dünya detektivinin tərcümeyi-halında da qeyri-adi hadisə baş verdiSanki daha hər kəsi heyrətləndirə biləcək hadisələrin baş verə biləcəyi təsəvvür edilməyən detektiv meydanında yeni bir imza göründüGöründü qısa müddətdə işığı çox uzaqlara çatan bir ulduz kimi parladı.

Həm bu yeni ulduz artıq yetərincə detektiv ənənəsi olan hansısa ədəbiyyatdan deyil, bu janrın əyaləti, ucqarı sayıla biləcək Azərbaycandan yüksəldiBöyük ədəbiyyatda 30 illik yol, 194 adda kitab, dünyanın 30-dək dilinə çevrilən, ümumi tirajı 27 milyona çatan 600 kitab... Bircə cümləyə sığan bu statistika, belə uğur Nizami Gəncəvidən üzü bu yana klassikli müasirli heç bir Azərbaycan ədibinə nəsib olmayıbBundan sonra yenə, haçansa belə bir fenomen yaranacaqmıSanki deyilə biləcək bütün sözlərin söylənib qurtardığı, düşünülə biləcək ən qəliz süjetlərin artıq çoxdan qurulmuş olduğu detektiv janrında nəinki gözə təpilən kitablar yazmaq, hətta siyasi detektiv istiqamətini cilalayaraq onun dünyadakı ən üstün yaradıcılarından birinə çevrilmək ÇingizAbdullayevin hünəridir.

 Və bu həqiqəti həmin janrın yarandığı ölkədəAmerika Birləşmiş Ştatlarında etiraf ediblərÖz əsərləri qəhrəmanları kimi Çingiz Abdullayev elə məşhurlaşıb, elə əfsanələşib ki, tutalım, çox sevildiyi Rusuyada küçədən keçəsi olsa heyran oxucularına nişan versən ki, o kitabları yazan Çingiz bax budur, az adam inanarUzağa niyə gedirəm, niyə təsəvvürlə danışıram kiÇingizin özünün nəql etdiyi əhvalatdırDeyir, bu yaxınlarda Türkiyədə, İstanbul şəhərindəki məşhur Prea Palas otelində detektiv ədəbiyyat bayramı keçirilirmiş. Dünyanın ən müxtəlif adlı-sanlı yazarlarının türkcə, ingiliscə, fransızca kitabları sərgilənirmiş. Dəhlizdə qara pərdə üzərində Yet Kürəsinin 10 məşhur detektiv yazıçısının portretləri. Və Çingiz ömür yollarına, yaradıcılıqlarına yaxşı bələd olduğu bu ünlü qələm sahiblərinin tanış portretlərinin qarşısından keçə-keçə çatır 9-cu portretəbu məşhur yazarlar sırasından dünyanın ən son itirdiyi Umberto Ekoya birdən diksinir – 10-cu portretdən ona özü baxırdıAmma daha çox o vaxt təəccüblənir ki, iki-üç addım da irəliləyincə həmin qara pərdə üzərində bir yazı görür: “Bu 10 yazıçı bütün dünyada məşhurdur, heyiflər ki, 10-u da dünyasını dəyişib”. Çingiz təşkilatçılara müraciət edir: “Çox sağ olun, gözəl sərgi düzəltmisiniz, layiqli bayram keçirirsiniz, təşəkkür edirəm ki, bu şəkilləri asmısınız. Amma yazırsınız ki, bu yazıçıların hamısı həyatdan gedib. Doqquzuna sözüm yax. Mən ki diriyəm, sağam, qarşınızdayam”... 

 Çingiz bu əhvalatı mənə gülə-gülə söyləyəndə mən ona tarixən baş vermiş, amma gözündə yaşolan başqa bir hekayəti danışdımBu macəranı polyak Mateuş Qralevski 1877-ci ildə Lvovda çapdan çıxmışQafqaz. 12 illik əsirlikxatirələriadlı kitabında təsvir edirAbbasqulu ağa Bakıxanov İrana səfəri əsnasında Ərdəbildə məscidə girirAxund minbərdən moizəsini edib qurtardıqdan sonra əlində saxladığı kitabı göstərir, camaata müraciətlə deyir: “İndi sizə mərhum ədib, cənnətməkan Abbasqulu ağa Qüdsinin hikmətli sözlərini oxuyacağam”.  sonra cildini öpərək kitabı açır, şövqlə oradakı parçaları qiraət etməyə başlayırOxuyur, oxunanlar dinləyənləri məftun edir, riqqətə gətirir, ara-sıraəhsən”, “mərhəba”, “Allahrəhmət eləsinsədaları eşidilir baxırlar ki, bir kənarda dayanmış, geyim-kecimindən qərib olduğu hiss edilən orta yaşlı kişiağlayırAxund soruşur: “Ey müsafir, sən bizimlə birgə bu kitabdakı bilik qidası nitq şəhdini dadmaq əvəzinə niyə ağlayırsan?”.

Abbasqulu ağa yanağından axan göz yaşını silərək dillənir: “Ağa, mən sevincimdən ağlayıram. Sizbu kitabı tərif edirisniz, onu yazana rəhmət oxuyursunuz. Hər bir insanın arzusudur ki, həyatda olmadığı vaxtlarda görəsən onu yada salacaqlarmı, yada salsalar, necə xatırlayacaqlar. İndi mən çox bəxtiyaram. Kitabını oxuduğunuz, rəhmətlik dediyiniz, xatirəsini ehtiramla yad etdiyiniz o adam mənəm, Abbasqulu ağa Qüdsiyəm...”. 

  Çingiz Abdullayevsağlığında adı heykəlləşmiş, etalonlaşmış, dünyanın məşhur klassiklərinin cərgəsinə qoşulmuş, mənim, bütün Azərbaycanın dünyanınkı olan bu qiymətli ziyalımız və yazıçımız da çox bəxtiyardırBu qədər sevginin ünvanı olmaq səadət deyilmiMillətini, yurdunu sevən hər vicdanlı azərbaycanlı belə bir Vətən övladı ilə iftixar etməzmi?!

Rəfael Hüseyn,

Professor

Millət Vəkili 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN