Vladimir Putinin Ukraynanı xəritədən silib Rusiyanın tərkibinə daxil etmək planı iflasa uğrayıb.

Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib. Sitat: “Ukraynaya gəlincə, biz təkcə Avropada deyil, ondan kənarda da bir çox ölkəni birləşdirə bilmişik. Onlar bunun təkcə Ukraynaya deyil, həm də beynəlxalq sistemin bəzi fundamental prinsiplərinə qarşı təcavüz olduğunu etiraf edirlər”.

Blinkenin sözlərinə görə, bu çağırış cəzasız qalsa, o zaman hər yerdə potensial təcavüzkarlar buna diqqət yetirəcək və dünyada daha çox münaqişələr olacaq. Dövlət katibi qeyd edib ki, koalisiya inanılmaz dərəcədə cəsarətli ukraynalılara təcavüzü dəf etməyə kömək edib: “İndi bu, davamlı səy və mübarizədir”. O bildirib ki, Ukrayna zamanla uğur qazana biləcək: “Hərbi, iqtisadi, demokratik baxımdan ölkənin güclü planı var”.

ABŞ və Avropa ölkələri isə Ukraynaya artıq 601 milyard dollar yardım paketini icraya yönəldib..

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN