Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
Tezadlar.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, gələcəkdə də bütün sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığı, o cümlədən regional məsələlərdə səylərin əlaqələndirilməsini planlı şəkildə artırmağa birgə davam edəcəyik. Bu, şübhəsiz ki, dost xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər dənizində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən cansağlığı və uğurlar, bütün Azərbaycan vətəndaşlarına isə xoşbəxtlik və tərəqqi arzulayıram".