Abşeron rayonu Masazır qəsəbəsinin "Qurtuluş-93" yaşayış sahəsinin mərkəzində yaşıllıqlar məhv edilərək yerində müxtəlif təyinatlı obyektlər tikilir.

Ərazidə yaşayan sakinlər Tezadlar.az-a bildiriblər ki, may ayının əvvəlindən başlayaraq "Qurtuluş-93" yaşayış sahəsindəki "Ay Store" marketinin qarşısından "Yeni Bakı" yaşayış kompleksi istiqamətində salınmış yaşıllıq məhv edilir və yerində müxtəlif təyinatlı obyektlər tikilir: "Bu günlərdə səhər yuxudan oyandıq ki, yol kənarındakı yaşıllıq məhv edilib, ağaclar kəsilib. Belə gedişlə tezliklə ərazidə ağac, gül kolları qalmayacaq. Xahiş edirik, bizim səsimizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə çatdırasınız".

20240530_094646

20240530_094645

Sakinlər xəbər verir ki, hazırda dəmir dirəklərin quraşdırıldığı həmin ərazidə xeyli sayda ağac və gül kolları olub. Onlar bunu sübut edən videogörüntü də təqdim ediblər. Həmin videolar bir neçə gündür çəkilib. Videolardan da görünür ki, ərazidə xeyli sayda ağac kəsilərək yerində quraşdırma işlərinə başlanılıb.

screenshot_20240529-143605_video-player

screenshot_20240529-143607_video-player

Sakinlərin sözlərinə görə, onlar ağacların məhv edilməsinə etirazlarını bildirsələr də,  tikiləcək obyektin ərazisini yaşıl torla örtənlərə nəzarət edən şəxsdən bunun səbəbini soruşsalar da, sualı cavabsız qoyaraq ona “gedin işinlə məşğul olun, özünüzə problem yaratmayın" deyib: "Bizə həm də təsir edən odur ki, bir ağacın ətrafına kölgə salması, yaxud ağac halına gəlməsi üçün 5-10 il zaman lazım olur. Ancaq bunlar bir neçə dəqiqənin içərisində bu qədər ağacları məhv ediblər. Ərazidə dəmir dirəklər quraşdırılanda əvvəlcə onları aşırdılar. Görünür, məhv edilmiş yaşıllığın yerində obyektin tikintisinə icazə verilməyib. Ancaq hazırda ərazi yaşıl hasara alınıbsa, deməli, aidiyyəti və cavabdeh qurumlar yaşıllığın məhv edilərək yerində obyek tikilməsinə yaşıl işıq yandırıblar. Necə deyərlər, təbiət məhv olsun, təki cibimiz dolsun!".

screenshot_20240529-143611_video-player

Məsələ ilə bağlı münasibətini öyrənməyə çalışdığımız Abşeron rayon İcra Hakimiyyətindən zənglərimizə cavab verən tapılmadı.

Ancaq inanırıq ki, Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına -  iştirakçı sayına və miqyasına görə COP29-a 2024-cü ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi bir vaxtda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sözügedən ərazidə ağacların kəsilməsi ilə bağlı araşdırma aparılacaq və nəticəsi barədə redaksiyamıza məlumat veriləcək.

REDAKSİYADAN: Abşeron rayonu Masazır qəsəbəsinin "Qurtuluş-93" yaşayış kompleksində İstiqlaliyyət küçəsindəki yaşıllıq ərazidə ağacların bir qisminin kəsilərək yerində müxtəlif təyinatlı obyektlərin tikilməsi barədə saytımızda (Tezadlar.az) gedən yazı ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, sözügedən ərazidə ağacların kəsilməsi ilə bağlı araşdırma aparılıb: "Təbiətə dəymiş ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Baş Prokurorluğa göndərilib".

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyəti də sözügedən ərazidə həqiqətən qanunsuz tikinti aparıldığını təsdiqləyib: "Sözügedən əraziyə baxış keçirilib və qeyri-qanuni tikintinin dayandırılması, həmçinin sökülməsi ilə bağlı müvafiq addım atılıb və söküntü işləri gedir".

Ancaq redaksiyamızla yenidən əlaqə saxlayan sakinlər bildiriblər ki, hazırda sözügedən ərazi yaşıl torla hasarlanaraq içərisində tikinti-quraşdırma işləri davam etdirilir.

CEYHUN

20240530_094635

20240530_094639

20240530_094643

20240530_094644

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN