"Şəhərlərdə kanalizasiya sistemi ayrıdır, yağış sularını aparan drenaj sistemi ayrı". TEZADLAR.AZ xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) icraçı direktoru, əmək hüquqları üzrə ekspert Sahib Məmmədov özünün sosial media hesabında bildirib. 
Onun sözlərinə görə, Bakının dağlıq sahələrinin olması şəhərin mərkəzində yağıtı sularının sürətlə toplanmasına gətirir.
Ekspert vurğulayıb ki, kanalizasiya sistemi bu suaları çəkib aparmaq imkanında deyil.
"Nəzər almalyıq ki, hər gün yalnız Nizami metrosunun yaxınlığında 70 m dərinlikdə tikilmiş təbii yolla suyun yığışdığı su anbarında suyun səviyyəsini saxlamaq üçün sutkada 3 000 kub şirin su+ metro tunellərində toplanan təxminən sutkada 20 000 kub şirin su kanalizasiya sisteminə ötürülür (əslində istifadə olunmalıdır) və o zaman kanalizasiya sisteminin əlavə suları axıtmaq imkanının olmadığı məlum olur", - deyə qeyd edib.
Mütəxəssis daha bir vacib məqama da toxunub.
O qeyd edib ki, yağış-drenaj sistemi bəzi küçələrdə əvvəllədə olub, amma sonradan asfaltlama, yolların genişləndirlməsi zamanı onların çoxu bağlanıb...
Bax belə! Təəssüf ki, bu gün məhz bu və digər səbəblərdən paytaxtın Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ("Sabunçu keçidi" adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun və 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cansız bədənləri tapıldı...
Y.Məmmədli 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN