…44 ggünlük Vətən savaşında Azərbaycanın bütün bölgələrindən döyüşə atılan igidlərimiz oldu. Könüllülərin səfərbərliyində isə rəqəmlərin sayı bilinməz idi. Hamı yağı və mənfur düşməni məhv etməyə hazır idi…

…Bu günlərdə «Təzadlar» qəzetinin bir neçə əməkdaşı ilə birlikdə Hacıqabul rayonunda 1-ci və 2-ci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanların məzarını ziyarət etdik... Bakı-Hacıqabul magistral yolunun üzərindəki məzarlıqda şəhidlər üçün xiyaban salınıb. Buradakı iri məlumat lövhəsində birinci və ikinci Qarabağ müharibəsində şəhid olanların fotoşəkilləri və adları, şəhid tarixləri yazılmışdır. İkinci Qarabağ müharibəsində şəhid olan 24 igiddən bir neçəsinin məzarı burada yerləşir. Yerli sakinlərdən onu da öyrəndik ki, rayonda şəhid və qazi ailələrinə böyük diqqət və qayğı göstərilir, problemləri daim diqqət mərkəzindədir.

Onu da diqqətə çatdıraq ki, Hacıqabul rayonu 1-ci Qarabağ müharibəsində 92, ikinci Qarabağ müharibəsində isə 24 şəhid verib... Qazi və şəhidlər arasında Azərbaycanın yüksək orden və medalları ilə təltif edilənlər var.

Allah bütün şəhidlərə rəhmət eləsin, qazilərimizə can sağlığı və problemsiz həyat bəxş etsin!

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN