Artıq 12- ci gündür ki, Hökumətin qərarına etiraz edən vətəndaşlar paytaxt Tbilisidə etiraz aksiyası keçirirlər.
Tezadlar.az Gürcüstqn mediasına istinadla bildirir ki, ötən axşam yenidən mitinqə start verildi. Sanki Suriyadakı müxalif aktivlik Gürcüstandakı etirazçılara da təsir edib. Belə ki, Tbilisinin müxtəlif küçələrdə toplaşan etirazçılar parlament binasına doğru yürüş ediblər. Və minlərlə etirazçının iştirak etdiyi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.
Qeyd edək ki, parlament binasının ətrafına və Azadlıq Meydanına çox sayda xüsusi təyinatlı dəstə və bir neçə su reaktiv maşını cəlb olunub. Bundan başqa, ölkənin digər bir sıra böyük şəhərlərində də etiraz aksiyaları davam edir. Məlumat üçün bildirək ki, aksiya iştirakçıları hökumətin 28 noyabr tarixində Avropa İttifaqına üzvlüklə bağlı danışıqların 4 il müddətinə dayandırlması qərarına etiraz edirlər.
Ölkədə siyasi gərginlik durmadan artır. ABŞ və Avropanın bir sıra ölkələri Gürcüstanla bütün əlaqələrinə son verməkdədir.
A.Məmmədli