Kentukki ştatının senatoru Randal Pol ABŞ-ı qoşunlarını Suriyadan çıxarmağa çağırıb.

"Əsgərlərimizi evə gətirin! Bu, bizim döyüşümüz deyil", - Tezadlar.az xəbər verir ki, siyasətçi X sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, həmçinin qeyd edib ki, 900 Amerika əsgəri bu vəziyyətdə müxalifətin hədəfi olub, çəkindirici deyil.

Öz növbəsində, ABŞ dövlət katibi Antoni Blinken ölkənin Suriya Ərəb Respublikasının parçalanmasının qarşısını almaq və Suriya xalqının kütləvi miqrasiyasından çəkinmək istəyini bəyan edib.

Qeyd edək ki, noyabrın 28-də Suriya silahlı müxalifəti deeskalasiya razılaşmasını pozaraq Hələb və İdlibə zərbələr endirib. Onlar minlərlə əcnəbi döyüşçünün dəstəyi ilə bir neçə istiqamətdən hərbi mövqelərə və əhalinin məskunlaşdığı ərazilərə hücum ediblər. Ərəb Respublikası ordusu hücuma cavab verib. Suriya ordusu Hələbin qərbində silahlı müxaliflərə təchizat xətlərinə hücumlar həyata keçirib və İdlibdə silahlı müxaliflərin cəmləşdiyi məntəqələrə hücum edib.

Böyük Britaniya, ABŞ, Fransa və Almaniya SƏR-də münaqişə tərəflərini deeskalasiyaya çağırıb, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyada döyüşləri dayandırmağın və BMT-nin 2254 saylı qətnaməsinin həyata keçirilməsinin təcili olduğunu deyib.

Dekabrın 8-i səhər Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali ərəb respublikasının tarixində yeni mərhələnin başlandığını elan edib. O, hökumətin müxalifət liderləri ilə danışıqlar apardığını da bildirib.

Bəşər Əsəd Suriyadakı silahlı qarşıdurma iştirakçıları ilə apardığı danışıqlar nəticəsində prezident vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin dinc yolla ötürülməsinə göstəriş verərək Suriya Ərəb Respublikasını tərk edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN