Roma Papası Fransisk xütbəsi zamanı rus və Ukrayna xalqlarını qardaş adlandırıb.

Tezadlar.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.

“Müqəddəs Məryəm, Allahın anası, rus və ukrayna xalqları arasında sülhə kömək edin. Onlar qardaşdırlar, bizə qarşılıqlı anlaşma lazımdır”, - Korsikaya apostol səfəri zamanı Santa Maria Assunta Katedralində xütbəsini yekunlaşdıran pontifik deyib.

Papa müraciətində qeyd edib ki, müharibə həmişə məğlubiyyətdir. Katolik kilsəsinin rəhbəri həmçinin müqəddəs torpaqlarda - Fələstində, İsraildə, eləcə də Livanda, Suriyada və bütün Yaxın Şərqdə sülh arzulayıb.

Bundan əvvəl Roma Papası bütün silahlı münaqişələrin iştirakçılarını Milad atəşi saxlamağa çağırsa da, ABŞ bu təklifi rədd edib.

“Biz münaqişələrin dayandırılmasını və münaqişələrin həll olunmasını istəyirik. Bu, hər bir halda dərhal atəşkəs demək deyil”, — ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN