İndi Rusiyada siyasiləri bir məsələ düşündürür: Gürcüstan Rusiyanın iştirakı ilə olan “3+3” formatında iştirak  edəcəkmi?

Cavab özünü çox gözlətmədi: Gürcüstanın Xarici İşlər Nazirliyi  Gürcüstanın regionun digər ölkələri ilə birlikdə "3+3" formatında iştirakı məsələsinə münasibət bildirib. Nazirlik Gürcüstanın Rusiya dövlətinin iştirak etdiyi hər hansı bir formata qatılmayacağını bəyan edib. Açıqlamada, XİN rəhbəri David Zalkalianinin oktyabrın 7-də Birinci kanala müsahibəsində “Gürcüstan “3+3” formatında hansısa formada təmsil olunmalıdır” sözlərini deməsi barədə məlumatı təsdiqləmir: "Biz öz mövqeyimizi bir neçə dəfə bəyan etmişik. Bunu bizim tərəfdaş ölkələrimiz və qonşularımız olan Ermənsitan və Azərbaycan, strateji tərəfdaşımız olan Türkiyə, Birləşmiş Ştatlar bilirlər ki, bu formata işğalçı ölkə ilə birlikdə iştirakımız çətin olacaq. İşğalın sona çatdırılması barəsində biz heç bir perspektiv görə bilmirik və belə bir halda masaya əyləşərək hər hansı bir infrastruktur layihələri barəsində danışmağımız çox çətindir. Ancaq ictimaiyətə düşünmək üçün belə bir mövqe barəsində bildirmək istəyirik - Regionda belə bir böyük geopolitik proektlərə və əlaqələrə müəyyən formada qatılmalıyıq. Əlbəttə ki, bunu dövlətin maraqları və işğalçı qarşısında nələrisə güzəştə gedərək etməməliyik. Ölkəmizin süverenliyi və ərazi bütövlüyü bizim qırmızı çizgimizdir. Regionda cəryan edən proseslərdən kənarda qalmamğımız mütləqdir. Bu məsələdə ölkəmizin maraqlarının xələl görməməsi üçün dəqiq mövqeyə malik olmalıyıq", - deyə Xarici işlər nazirliyinin məlumatında bildirilir.
Xatırladırıq ki, ll Qarabağ müharibəsindən sonra bölgədə yeni reallıq yaranıb, ciddi iqtisadi-siyasi proseslər baş verməkdədir... Və Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və İranın iştirakı ilə regionda "3+3" formatında əməkdaşlıq barədə yeni fikirlər irəli sürülüb. Amma göründüyü kimi, Gürcüstan bu formatda iştirak etmək barədə fikirləşmir. Çünki Rusiyanın Gürcüstanın ərazisini işğal etməsini ölkənin ən yuxarı dairələrində belə danışırlar...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN